Tamamilə kor siçanlar işığa həssas hüceyrələrin gözlərinə nəql edilməsi sayəsində görmə qabiliyyətlərinə qovuşublar. İngiltərənin “Oxford” universitetindən elm adamları, torlu qişada işığa həssas fotoreseptor hüceyrələrinin olmadığı siçanlar üzərində araşdırma aparıblar. Onlar, gecə ilə gündüzü ayıra bilməyən bu siçanların gözünə torlu qişanın bloklarına çevriləcək “qabaqcıl” hüceyrələr yeridiblər. İki həftə sonra torlu qişa meydana gəlib. “PNAS” jurnalında nəşr olunan araşdırmaya imza atanlardan professor Robert MakLaren bunun tamamilə kor siçanlara hüceyrə nəql edərək işığa həssas təbəqənin yenidən yarada biləcəyi üçün ilk dəlil olduğunu vurğulayıb. Əvvəllər torlu qişası qismən zərər görmüş siçanlar üzərində aparılan araşdırmalarda da buna bənzər nəticələr alındığını xatırladan MakLaren, bu araşdırmanın kompüter ekranını təmir etməkdən çox, pikselin tək-tək təmir edilməsinə bənzədiyini bildirib. İnsanlarda bu müalicənin tətbiq edilməsi isə bir az uzun zaman alacağını vurğulayıb. Keçən il, London universitetinin Göz Həkimliyi İnstitutundan elm adamları gənc və sağlam bir siçandan aldıqları hüceyrələri, gecə korluğu olan bir siçanın torlu qişasına birbaşa yeridiblər və 4-6 həftə sonra hər altı hüceyrədən birinin beynə görmə siqnalı çatdırmağa başladığını təyin ediblər.