Uşağı surroqat ana dünyaya gətirib
Məşhur britaniyalı musiqiçi Elton Conun ikinci uşağı olub. Ser Elton Con və onun partnyoru Deyvid Ferniş üçün bu uşağı surroqat ana dünyaya gətirib. Kaliforniya sakini olan bu qadın cütlük üçün birinci uşağı da dünyaya gətirmişdi.

65 yaşlı məşhur müğənni və onun 50 yaşlı sevgilisinin ikinci uşaqlarının olacağı hələ payız aylarından məlum idi.

Qeyd edək ki, Elton Con və onun həyat yoldaşı Deyvid Ferniş birinci dəfə 2011-ci ildə valideyn olublar. Onların fikrinə görə, birinci uşaqları Zakariyə mütləq bacı və ya qardaş lazımdır. Amerika mətbuatının yazdığına görə, məşhur müğənni yalnız ona görə təəssüflənir ki, bu vaxta qədər belə bir qərar qəbul edə bilməyib. Hələlik Elton Con və onun partyoru Deyvid Ferniş uşaqla bağlı şərh verməkdən imtina ediblər.