Qədim Misirlilər saçlarını limon turşusuyla yuyarmışlar . Əsrlərlə limon turşusu və sabun qarışıqlarından istifadə edilib. Qaynamış suda sabuna soda qataraq əldə edilən qarışıq müasir şampunun əsası oldu və orta əsrlərdən etibarən evlərdə hazırlanmağa başladı . “Şampun” sözü İngiltərədə, Hindistan rəhbərliyi Şərqi Hindistan Kumpanyasından alınıb hökumətə təhvil verildikdə ölkəni bürüyən Hind modası əsnasında yayılmışdır. Hind dilindən “masaj etmək” mənasını verən “champo” sözü bu mənasıyla 1740-cı illərdən etibarən Hindistandan bəhs edən kitablarda görüldü. Hind modası əsnasında bərbərlər tərəfindən gündəlik İngiliscəyə daxil edildi. Hər dükan öz şampuanını hazırlayır və düsturunu sirr kimi saxlayırdı. 1890-cı illərdən Almaniyada ilk gerçək yuyucu təməlinə söykənən şampun hazırlandı və Birinci Dünya Müharibəsindən sonra bazara çıxdı. 1930-cu ildə normal , 1933də yağlı və quru saçlar üçün şampun hazırlanmağa başlandı.