Çarlz Bukovski, əsl adı Heinrich Karl Bukowski olan Amerikalı yazıçı və şair. Əsərlərində bəzən Henry Chinaski adını da istifadə etmişdir. Həyatının çoxunu ABŞ-ın Los Anceles şəhərində keçirmişdir.

Əsərlərində, ümumiyyətlə cəmiyyətdən xaric olmuş insanları və depressiyanı mövzu götürməsi və alkoqolizmə yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur pərəstişkarlarının bir qismi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı sürməsinin onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.

Birinci Dünya müharibəsinin sonlarında Almaniyaya əsgəri xidmət səbəbiylə gələn Polşa əsilli amerikan bir atanın və dərziliklə məşğul olan alman bir ananın uşağı olan Çarlz Bukovski 1920-ci ildə Andernach, Almaniyada doğulub. 2 yaşında olanda Los Ancelesə köçürlər. 1929 Böhranı əsnasında Bukovskinin atası ümumiyyətlə işsiz idi və Bukovskiyə şiddət tətbiq edirdi. Uşaqlığında ümumiyyətlə səssiz və bu səbəblə diqqət çəkən yazıçı, bəzən dəli olmaq nöqtəsinə gəlir.

Yazmağa başladığı gündən etibarən yazılarını nümayiş olunması üçün jurnallara göndərən Bukovskinin yazıları həmişə geri göndərilmişdir. Ancaq 24 yaşındaykən “Aftermath of a Lenghty Rejection Slip” adlı qısa əhvalatı, iki il sonra bir başqa qısa əhvalatı olan “20 Tanks From Kasseldown” adlı əsəri nümayiş olunur. Bukovski nəşriyyat üsullarından xəyal qırıqlığına uğrayır və haradasa 10 illiyinə yazmağı buraxır. Həyatının bu hissəsini ABŞı gəzərək, müxtəlif işlərdə ümumiyyətlə qısa vədəli işlərdə çalışaraq və ucuz otellərdə yerləşərək keçirir. Həyatının digər hissələrində olduğundan daha sıx bir temp ilə aclıq ilə boğuşan və qadınlarla zaman keçirən Bukovski daha sonra bu illərini “Factotum” adlı kitabında da izah etmişdir.

Bukovski atasına olan nifrətini onun əksinə bir həyat yaşayaraq göstərmiş və bir yazısında da buna görə bir “heç” olmağı seçdiyini söyləmişdir. O atasının əksinə olduğu kimi görünən və bir şey olmamağı hədəfləyən biri olaraq qazandığı pula əhəmiyyət vermir və barlarda günü birlik bir həyat sürürdü. Ayrıca ömürünün çoxu deyilə bilinəcək qədər qismini də hippodromlarda keçirmiş və bundan yazılarında tez-tez bəhs etmişdir.

1955-ci ildə ölümün ucundan döndüyü spirt komasından ötrü xəstəxanaya aparılır. Xəstəxanadan buraxıldıqdan sonra bir makina satın alır və şeir yazmağa başlayır. 1969-cu ildə “Black Sparrow” nəşriyyatından ömür boyu 100 dollar maaş təklifini aldığı üçün post mərkəzindən ayrılır. Bir məktubunda belə bir şərhi vardı “İki variantdan birini seçmək məcburiyyətindəydim: Məktub ofisində qalıb havalanmaq, ya da yazıb aclıqdan ölmək. Mən ac qalmağı seçdim.” Bukovski, Pulp romanını bitirdikdən sonra 9 Mart 1994-cü ildə 73 yaşında olanda onurğa iliyidən yayılan lösəm səbəbiylə San Pedro, Kaliforniyada öldü. Ölüm mərasimi budist rahiblər tərəfindən idarə olunur.

Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.