Mirvari, dəniz ilbizləri kimi bəzi qabıqlı dəniz heyvanlarının içindən çıxarılan , ümumiyyətlə bəzək əşyası kimi istifadə edilən kiçik cisim. Bunlar, kiçik, dəyirmi , yüksək qiymətli , sərt , sədəf rəngində olurlar. Heyvanın bədəninə bir qum dənəsi , bir parazit və ya süni olaraq bir sədəf parçası girəndə ətrafında bunu örtən sədəfimsi bir maddə yaranır, beləcə təbəqə üst üstə gələrək mirvari meydana gəlir. “Divan” şeirində mirvari yaranması aprel yağışlarının yağmasına bağlanmışdır. Rəvayətə görə , ilbiz qabıqlarını açınca, yağış dənəsi içəri alınır və mirvarinin ortaya çıxmasına səbəb olur.

Xarici maddə ətə girməyib qabıqda qalsa yaranan mirvari , yarım dairəvi və ya nizamsız şəkildə olur.

Mirvari, sədəf quruluşunda olub 92% kalsium karbonat ehtiva edir. İsti və mülayim bölgənin dənizlərində yaşayan molyuskalarda rast gəlinir. İndiki vaxtda içində mirvari yaranan molyuskalar yetiştirilərək, mirvari istehsalında əhəmiyyət qazanmışdır. 3-7 ildə əldə edilən bu incilər təbii olanlarından ayrılmır, gerçək mirvariyə bənzəyir.

Hər növ bəzək əşyasında , xüsusilə boyunbağı olaraq istifadə edilir. Bilinən rəngindən başqa çəhrayı və ağları olduğu kimi, nadir də olsa qara rəngli mirvariyə də rast gəlinir. Qara mirvari nadir tapıldığından daha qiymətlidir.

Şüşə kürələr , üzəri yapışqan maddə ilə sıvanarak saxta mirvarilər də hazırlanır. Həqiqisinin bahalı olması, saxta mirvari sənayesinin daha çox rəğbət görməsinə səbəb olmuşdur.