Jül Qabriel Vern (8 fevral 1828 – 24 mart 1905) — fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri.

Ona dünya şöhrəti gətirmiş əsərlərindən “Yerin mərkəzinə səyahət” (1864), “Kapitan Qrantın uşaqları” (1867), “20 000 lye su altında” (1870), “80 gün dünya ətrafında” (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu kimi macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib.

O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının “atası” sayılır.

8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub. Varlı bir vəkil olan Pierre Verne ilə həyat yoldaşı Sophie Henriette Allotte de la Fuyenin beş uşağından ən böyüyüdür. Qış aylarında sıx trafik bir liman şəhəri olan Nantda; yaz aylarında isə Loire çayı sahilində yelkənli gəmiləri izləyərək keçirdiyi uşaqlığı, səyahət və macəra üstünə xəyallarını odlayır. 12 yaşında ikən köç etmək üzrə bir gəmiyə minib evdən qaçmağa cəhd edən kiçik Jül Vern, atası tərəfindən tutulub gəmidən çıxarılır. “Bundan sonra tək xəyal dünyasında səyahət edəcəyinə” dair ailəsinə söz verdiyinə rəvayət edilir. Bu hekayənin həqiqəti haqqında şübhələr vardır. Jül Vern dəniz və macəra istəyini qardaşı Paulla da paylaşırdı; Paul, sonunda bir dəniz mühəndisi oldu. Jul Vern qısa hekayələr və şeirlər yazmağa başladığı internat məktəbi dövrünün ardından 1846-cı ildə atasının işini davam etdirə bilmək üçün hüquq təhsili görmək üzrə Parisə gedir. Jul Vern, Parisə getdikdən sonra qısa müddətdə hüquq diplomunu alır ancaq bu müddət ərzində ədəbiyyat həvəsinin hüquqa marağından daha böyük olduğunun fərqinə vardı. Əmisi vasitəsilə Paris ədəbiyyatı ilə ətraflı tanış olur, şəxsən tanıdığı Viktor Hugo, Aleksandr Düma kimi yazarların təsirindən teatr oyunları qələmə alır. Ata-peşəsini davam etdirmək yerinə teatr və ədəbiyyata yönəlməsinə əsəbləşən atası maddi dəstəyini kəsdikdə dolanışığını yazaraq qarşılamaq məcburiyyətində qalır. Yazıçılığa, yoldaşı musiqiçi Jean Louis Aristide Hignard ilə birlikdə teatr oyunları yazaraq başlaır. İlk teatr əsəri 12 İyun 1850-ci ildə səhnəyə qoyulur. 1852-1855-ci illərdə bir Paris teatrında katiblik edir; komediyalar, operettalar yazır; qısa hekayələr qələmə alıb jurnallarda yayınlamağa başlayır. Çoxu Parisdə çıxan “Musée des familles” adlı jurnalda nəşr olunur. Amerikalı yazıçı Edgar Allan Poenin əsərlərini oxuduqdan sonra onun böyük bir pərəstişkarı olan Jül Vern, Poe təsirindən yazılar yazmağa başlayır. Bir gəmi ilə dünyanı gəzmiş olan fransız səyyah Jak Arago ilə dost olur. Bu dostluq ona, Parisdən daha geniş və maraqlı dünyalar haqqında yazılar yazması üçün ilham verdi; Fransa xaricinə heç çıxmamış olsa da xəyal gücünü istifadə edərək, başqa dünyaları izah etdiyi yazılar yazır.

Jül Vern, yoldaşı Aristide Hignard ilə etdiyi ilk xarici səyahətlərindən sonra 1867-ci ildə qardaşı Paul ilə birlikdə Amerika qitəsinə səyahət etir. Vernin bu səyahətinin 26 günü gəmidə keçmiş olur. Yalnız səkkiz günlüyünə New Yorku və Niagara Şəlaləsini görə bilir. Ancaq bu səfər “Üzən Şəhər” adlı kitabına 20 000 lye su altında adlı romanındakı çox fikrə ilham təmin etir. Yazıçı, 1872-ci ildə həyat yoldaşının doğulduğu şəhər olan Amiensə yerləşir. Kitablarından əldə etdiyi qazancla “St. Michel” adı verdikləri bir yaxt alır və öz həyatında da kitablarındakı kimi macəralar yaşamaq üzrə yaxt ilə səyahətlərə çıxır. Səyahətləri yeni kitabları üçün ilham verir. London və Vulidç, Hertzelin dəvətiylə Manş Adalarına gəzintilər edir, 1876-cı ildə İngiltərə sahillərini gəzir. 1878-ci ildə yaxt ilə uzun bir gəzintiyə çıxaraq LissabonTanca və Gibraltar gəzir.  HollandiyaDanimarkaAlmaniyanı ziyarət etir. 1884-cü ildə yenidən yaxtla Aralıq dənizi gəzintisinə çıxaraq ƏlcəzairMaltaİtaliyanı gəzir. 1883-cü ildə nümayiş və məkan olaraq Osmanlı torpaqlarını seçdiyi “İnadçı Keraban” adlı kitabındakı ətraflı İstanbul təsvirlərindən yazıçının Türkiyəyə də səyahət etmiş olduğu düşünülür ancaq bunun da Vernin həqiqətdə heç Türkiyədə olmadığı, bunun da onun haqqındakı əfsanə və söz-söhbətlərdən biri olduğu deyilir.

Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – “Keşiş 1839-cu ildə” (1991), “Robinzon dayı” (1991) və əfsanəvi “Paris XX əsrdə” (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir.