Volkswagen Type 1, Alman avtomobil istehsalçısı Volkswagenin 1938-2003-ə qədər istehsal etdiyi sərfəli avtomobil modeli. 21,5 milyondan çox satılan dünyanın ən çox satan modelidir. İstehsal edildiyi 1938-ci ildə qiyməti 990 RM ( qədim alman pul vahidi) olub. Avtomobilin ana xəttlərinin dizaynı Hitlerin istəyi ilə Ferdinand Porsche tərəfindən hazırlanmışdır, ancaq Ferdinand Porschenin orijinal dizaynı istehsala keçmiş halından daha sadə idi, onun istehsal halına qovuşduran detalları isə Adolf Hitler hazırlamışdır. 1131-1584 CC Lik 4 zamanlı otto mühərriki 18Kw 40 at gücündə olub. 1974-cü ilə qədər Almaniyada istehsal edilmiş, daha sonra istehsalı Meksika və Braziliyada 2003-cü ilin sonuna qədər davam etmişdir. Yerinə VW Golf çıxarılmağa başlanmışdır. Ağırlığı 730-900 kqdir. Sükanın ortasındakı şəkildə su, kənarında bir qala və it fiqurları var. Bu şəkildəki su, avtomobilin su kimi axdığını., qala, avtomobilin möhkəmliyini., it isə avtomobilin sahibinə bir it qədər sadiq olduğunu təmsil edir . Ayrıca atəş böcəyi Herbie adıyla bir serial-filmə (1969-2003) mövzu olmuşdur ( 6 film, tv filmi ).