Kəhrəba şamkimilər ( Pinaceae ) fəsiləsindən, bir şam növündən olan ağacların qalıqlaşmış qətranıdır. Cəmiyyətdə bəzi bəzək əşyaları istehsalında istifadə edilən açıq sarıdan qırmızıya qədər müxtəlif rənglərdə yarı şəffaf, asan qırıla bilən və bir yerə basdırıldığı zaman kiçik cisimləri özünə çəkmə xüsusiyyəti qazanan bir qalıqdır. Baltik dənizindən (Polşa) çıxarılan kəhrəba, əsrlərdən bəri qadınların bəzək əşyalarından ən sevimli sayılan daşlardan biri olaraq mənimsənmişdir. Parlaqlıq və rəng baxımından onu heç bir şəffaf daş ilə müqayisə etmək mümkün deyil. Kəhrəbaya yapışan qalıqlaşmış böcəklər, yabanı bitkilərin çox olması digər daşlarda görülməyən əhəmiyyətli xüsusiyyətlərdəndir.

Avropada kəhrəba yataqları ən çox Ukrayna, Rumıniya, İsveç, İngiltərə, Hollandiya və Sicilyada yayılmışdır. Kəhrəba ortalama 25-40 m arasında dəyişən bir dərinlikdə və köhnə dövrlərdə meydana gələn dənizaltı çöküntülərin iki təbəqəsi arasında damarlar şəklində vardır. Buna mavi torpaq deyilir. Bu kəhrəbanın ikinci vətənidir. Birinci vətəni isə bu günki Skandinaviya və Polşa Baltik dənizinin böyük bir qismini içinə alan sahələridir. Buralarda bir zamanlar böyük meşələrin olduğu təxmin edilir. Qitələr arasındakı böyük dəyişikliklərin nəticəsində bu bölgələr sular altında qalmış və uzun illər nəticəsində toplanan şam saqqızı kütlələri dəniz suyuyla yuyulub getmişdi. Bunların üzərinə qum və çınqıl daşlarının örtülməsi ilə mavi torpaq olaraq bilinən təbəqə yaranmışdır.

Çox bəyənilən bu bəzək əşyasının içindəki böcək, yarpaq və çiçək qalıqları heç bir zaman pozulmayacaq şəkildə mumiyalanmışdır. Bunlar köhnə dövrlər haqqında işıqlandırıcı məlumatların götürülməsinə köməkçi olmaqdadır.

Kehribardan müxtəlif qadın əşyaları ilə yanaşı, təsbeh də hazırlanmaqdadır. Bu gün dərman olaraq da istifadə edilməkdədir. Qalxanabənzər vəziyə, dalağa, ürəyə müsbət təsir göstərir. Ona görə də kəhrəbalı muncuqları və boyunbağıları gəzdirmək çox faydalıdır. Bu daş əhval-ruhiyyəni yüksəldir, maqnit qasırğalarına və hava dəyişkənliklərinə reaksiyanı asanlaşdırır.