Almanın xərçəng xəstəliyinin qarşısını almağa yardım etməsi elmə çoxdan məlumdur. Lakin amerikalı alimlər məhz indi onun bu keyfiyyətinin haradan doğduğunu aydınlaşdıra biliblər. Viskonsin universitetinin alimləri tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, fəal elementlər olan antioksidantlar daha çox almanın qabığında cəmləşib. Məhz bu antioksidantlar hesabına alma kişilərdə prostat vəzilərinin, qadınlarda isə döş xərçənginin yaranmasının qarşısını alır. Alimlər bildirirlər ki, almanı qabıqlı, özü də hər gün yemək çox xeyirlidir. Lakin almanın üz hissəsinin kimyəvi təmizlənməyə məruz qalmadığını bilmək xüsusilə zəruridir.