Terrakota ordusu və ya Torpaq Əsgərlər – 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Çin Şı Huangın məzarında olan heykəllərin Ordunun “ilklərin imperatoru” olaraq bilinən Çin Şı Huangın məzarını qoruduğuna inanılır.

Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi’an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 sm arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 süvari atı olduğu təxmin edilir.

Mütəxəssislər, bəzi çuxurların boş olma səbəbinin imperatorun ani bir xəstəlikdən ölümü səbəbiylə işin yarımçıq qalmasını sərh edir. İmperatorun layihəsi tam olaraq bilinmədiyi kimi, bəzi sirrləri də Çin Şı Huangın ani ölümü səbəbiylə bilinmir. Bu nəhəng məzarı və yer altı ordusunu etdirən imperatorun, Çinin o dövr çalışan bütün işçilərini yandıraraq ya da özüylə birlikdə basdırılmaq üzrə öldürtdüyü izah edilir. İmperator Çinin bunu etməsinin ən böyük səbəbi olaraq da məzarının və içindəki sirlərin bilinməsini istəməməsi, eyni zamanda öldürülən işçilərin də məzarında özünə yoldaşlıq etməsi arzusu olduğu ifadə edilir. Nəhəng məzar üçün Şian’a iki saat məsafədəki bu bölgənin seçilmə səbəbi olaraq da imperatorun Li Şan adlı dağı Uzaq şərq Fıngşui fəlsəfəsinə görə özünə ən uyğun yer olaraq gördüyü şəklində açıqlanır. İmperatorun məzarı yerin 36 metr altındadır və bu ordunun öldükdən sonra özünü qoruyacağına inandığı yazılır.

Terrokotta əsgərləri çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilir. Terrokotta Ordusu 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsinə daxil edilib.