Oksimoron, bir-biriylə ziddiyyət təşkil edən və ya tamamilə zidd iki anlayışın bir yerdə istifadə edilməsi və bu şəkildə yaradılmış ifadədir. Bəzən mənanı qüvvətləndirmək üçün və ya ədəbi sənət məqsədiylə istifadə edilir, bəzən də hal-hazırda istifadə edilən bir anlayışı tənqid etmək və ya lağ etmək üçün istifadə edilir. Bununla birlikdə -paradokslar kimi- oksimoron saxlayan cümlələrə də rast gəlinir.

orijinal kopiya, çarələr çarəsiz, səssizliyin səsi, gerçək yalanlar, səssizcə qışqırmaq, üzmək bilməyən balıq, bucaqlı dairə, elmi-fantastika, irsi sonsuzluq, xüsusi xalq avtobusu, sabit dəyişən, tərəfsiz tərəfdar, təbii aktyorluq, yaşayan ölü, gecənin aydınlığı, gündüzün qaranlığı, pis şans, görən kor..