Cizgi film qəhrəmanı kimi tanıdığımız  “Shrek”,əsl həyatda peşəkar güləşçi kimi tanınan Maurice Tillet idi. Maurice Tillet 1903-cü ildə Fransada doğulmuşdu. O güləşçi olmaqla bərabər, həm də çox zəkalı bir insan idi. Belə ki, o şeirlər yazmaq hətta 14 dil bilmək qabiliyyətinə sahib idi.
O, 20 yaşında akromelaqiya adlı xəstəliyə yoluxub. Bu xəstəliyin ən əsəs göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir.
Shrek cizgi filmində Shek obrazı məhz bu insanın əsasında canlandırılıb.
Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.