Hər il fevral ayının ortasında başlayıb, martın ilk həftəsinə qədər davam edən limon festivalı Fransadakı kiçik və sakit Menton şəhərini rəngarəng və turist dolu bir yer halına gətirir (15 fevral – 5 mart). Festival daxilində minlərlə sitrus bitkisindən (limon, portağal, qreyfrut) ibarət heykəllər şəhərin küçələrini bəzəyir. Hər yerdə portağal və limondan bir at, dinozavr, fil, avtomobillər, binalar və yalnız sənətçilərin yaradıcılığı olan hər cür heykəli görə bilərsiniz. Festival müddətində “İşıq Bağçaları ” olaraq adlandırılan bağçalarda işıq və səs nümayişləri edilir. Keçid mərasimlərində limon-portağal heykəlləri sərgilənərkən orkestr, yürüş qrupları və rəqs edən insanlarla küçələrdə əyləncəli bir atmosfer yaranır. 1930-cu ildə limon və portağal yüklü bir neçə əl arabası ilə başlayan festival, indiki vaxtda dünyanın müxtəlif yerlərindən 200.000 turistin qatıldığı, 150.000 tondan çox meyvənin istifadə edildiyi böyük bir şənlik halına çevrilmişdir.