Sapienza Universitetinin professorlarından Giorgio Stabile-nin açıqlamasına görə internetin simvolu olan @ işarəsi 1536-ci ildə, Latın Amerikasından İtaliyaya mal daşıyan florensiyalı tacirlərin sıxlıqla istifadə etdiyi bir işarə idi. Təxminən, 500 il əvvəl, şərab və taxılda ölçü vahidi olaraq istifadə edilən Amphora sözünün simvolu olaraq istifadə edilən “@” işarəsi, uzun dəniz səfərləri edən ticarət gəmilərində istifadə edilir və bu gəmilərə Amphora Gəmiləri adı verilirdi. İnternetin, indiki vaxtda dünyanın ən uzaq nöqtələrini bir-birinə bağlamaq gücü düşünüldüyündə, bu simvolun mənasını 500 ildən çox bir müddətdir itirmədiyi açıqca aydın olur.