İngiltərədə yaşayan Vivian Veler adlı qadın “Ginnesin Rekordlar kitabı”na düşmək üçün unikal yol seçib. 1990-cı ildə anasını itirdikdən sonra saqqal saxlamağa başlayan qadın “ən uzun saqqallı qadın” adını qazanmaq üçün əlindən gələni edib. Nəhayət, 2013-cü ildə arzusuna çatıb və adını rekordlar kitabına yazdırıb. Hazırda onun saqqalının uzunluğu 27,9 santimetrdir. 3 övladı olan qadın saqqalı olduğu üçün xoşbəxt olduğunu deyir.