İndoneziyanın Sulavesi adasındakı Tana Toraja’da kəndlilərin qorxunc bir ənənəsi var. Kəndlilər, ölülərinə hörmət adına, mumyaladıqları cəsədləri hər 3 ildə bir məzardan çıxarıb paltarlarını dəyişdirirlər. Cəsədlər daha sonra kənd meydanına gətirilərək keçid edilir. Bu şəkildə onlara hörmət göstərdiklərini ifadə edən kəndlilər, keçid sonrasında ölüləri qalın boxçalara qucaqlayıb yenidən məzara yerləşdirirlər. Bəzi ölülər də tabutlar içində, Patang deyilən türbə bənzəri məkanda saxlanır. Kəndlilər üçün çox təbii görünən bu hadisə, görənləri şok edir.