Dəniz tısbağası (Dermochelys coriacea), 2 metrə çatan boyu və 600 kiloqrama qədər olan ağırlığıyla, yaşayan ən böyük tısbağadır. Bütün tropik və tropik altı okeanlarda olan dəri kürəkli dəniz tısbağası Dermochelys cinsi və Dermochelyidae növü içində varlığını davam etdirən tək növdür. Öz ölçülərindəki bir sürünəndən gözlənilənin üç misli qədər maddələr mübadiləsi sürətinə sahib olmaları kimi bənzərsiz xüsusiyyətləriylə də digər dəniz tısbağalarından ayrılırlar.

Tısbağanın qabığında, digər tısbağaların qabığında olan sümük lövhələrə rast gəlinmir, bu növün qabığı, təməl olaraq, dəri toxumadan meydana gəlir. Heyvanın düz səthli, qara və açıq rəng xallarla bəzədilmiş kürək qabığında, başdan quyruğa doğru uzanan qabarıq xətlər vardır. Kürək qabığının qarın qabığına çatması da digər tısbağalardakı kimi sərt olmaz: iki qabıq yumşaq bir şəkildə birləşir və heyvana yarı silindr formalı bir görünüş qazandırır.