Amerikanın Kentukki əyalətində olan Waverly Hills Sanatoriyası, vərəm xəstəxanası olaraq 1910-ci ildən xidmət verməyə başladı. Vərəm, həmin vaxt müalicəsi olmayan ciddi bir xəstəlik olduğu üçün xəstələr xalqdan ayrı saxlanılırdı.Tüberkülozun müalicə edilməsi üçün lazım olan streptomisin dərmanı inkişaf etdirilənə qədər 64.000 adam bu xəstəxanada həyatını itirmişdi. 1961-ci ildə bağlanılan sanatoriya bir il sonra ağıl xəstəxanası olaraq təkrar açıldı və xəstələrə pis davranıldığı üçün bağlanıldığı 1982-ci ilə qədər xidmət verdi. Xüsusilə, 3-cü və 5-ci mərtəbələrində təbiət üstü hadisələrin yaşandığı deyilən xəstəxananın ən məşhur otağı 502 nömrəli otaq idi. 1928 və 1932-ci illərdə bu otaqda çalışan iki tibb bacısı bilinməyən səbəblərdən intihar etmişdi. Xəstəxananın bir digər məşhur yeri isə ölən xəstələrin cənazə avtomobillərinə daşındığı “Ölüm Tuneli ” olaraq da bilinən 150 metrlik tunel idi. 2006-cı ildə çəkilən Spooked: The Ghosts of Waverly Hills Sanatorium adlı filmdə də bu Sanatoriyada yaşananlar izah edilildi. XX əsrin ən böyük paranormal hadisələrinin yaşandığı bu tarixi məkana tur belə təşkil edilmir.