2009 istehsalı Walt Disneyin “Up” adlı filmində şəhərin çevrilməsinə müqavimət göstərən qoca Carl Fredricksen’ın hekayəsi nümayiş olunurdu. Milyonlarla adam tərəfindən izlənilən bu film haqqında bilinməyən bir gerçək isə əslində gerçək bir həyat hekayəsindən ilhamlanmış olduğu idi: Edith Macefield’in hekayəsi.

Edith Macefield 84 yaşında olmasına baxmayaraq yaşıdları kimi “normal” deyildi. Seattledəki evini yıxıb ticarət mərkəzi etmək istəyənlərə “yox” cavabı verdikdə bir anda xalq qəhrəmanına çevrilmişdi. Şirkət rəsmilərinin təklif etdiyi “1 milyon dolları” rədd edən Macefield, xatirələrini heç bir şəkildə satmayacağını açıqlamışdı. Yaşlı qadını heç bir şəkildə razı sala bilməyən tikinti şirkəti bu “qeyri-adi vəziyyət” qarşısında uzunca bir müddət nə edəcəyini bilmədən gözləmək məcburiyyətində qalmışdı. Edith Macefield’in inadını qıra bilməyəcəyini anlayan şirkət, yaşlı qadının evinin ətrafından dolanan yeni bir inşaat planı qurmağa qərar verdi. Bu qərar, Macefield’in evini, şəhər çevrilməsinin “maddi gücünə” qarşı müqavimətin simvolu halına gətirdi.

Bu mübarizə əsnasında evini satın almaq istəyən tikinti şirkətinin məsulu Barry Martin ilə arasında zamanla möhkəm bir dostluq da yarandı. Barry bu inadın səbəbini sorğuladığında isə aldığı cavab məqbul idi. “Hara gedə bilərəm ki? Ailəm yoxdur və bura mənim evimdir. Anam bu evdə, bu kresloda öldü. Və mən ona, buranı tərk etməyəcəyimə dair bir söz verdim. Buna görə mən də bu evdə, bu kresloda ölmək istəyirəm”. Edith Macefield 87 yaşında pankreas xərçəngindən öldü. Son zamanlarında yanında Barry Martin vardı və əsl sürprizi ölümündən sonra etdi . Çünki evini Barry-ə vermişdi. Ev, Macefield’in qeyri-adi müqavimətinin simvolu olaraq bu gün də varlığını davam etdirərkən, Ballard sakinlərinin qürur duyaraq danışdığı bir hekayənin parçası olmuşdur.