Londonda yaşayan təşəbbüskar yazıçı ShaoLan Hsueh, 20.000 Çin yazısını mənalarına görə təsvir etdiyi “Chineasy” adlı kitabını nəşr etdi. Çin dilinin asan öyrənilməsini hədəflədiyi kitabında yazıçı, orijinal Çin yazısını qara xəttlərlə ifadə edərkən, öz şəkillərini yazıların ətrafına rəngli olaraq yerləşdirdi.