Marion Donovan 1 yanvar 1917 tarixində ABŞ, İndiana Fort Waynendə anadan olmuşdur. Pensilvaniyada Rosemont College-dən, 1939-cu ildə BA İngilis ədəbiyyatı fakultəsindən məzun oldu. Daha sonra New Yorka getdi və Vogue Jurnalında Gözəllik redaktoru müavini olaraq işə başladı. Vogue jurnalı üçün çalışdıqdan sonra James Donovan ilə evləndi və əriylə birlikdə Westport’a köçdü. Daha sonra ana olan Donovan, qızı Sharon’un dünyaya gəlməsiylə çirkli körpə geyimləri, onu dəyişdirmək və s. çətinliklərlə qarşılaşdı. İkinci Dünya Müharibəsində çalışan anaların ən əhəmiyyətli problemlərdən biri olan uşaqların bezlərini qısa müddətdə dəyişdirmək üçün körpə bezi hazırlaya biləcəyini düşündü. Uşaq Bezi Marion Donovan tərəfindən 1951-ci ildə icad edilmişdir. Donovan, evdə həyatı asanlaşdırmaq üçün çoxlu asqı, diş ipi və paltar arxasındakı zəncirbəndi asan bağlamağı da ehtiva edən bir kəşfin patentini alan ixtiraçıdır. Ənənəvi parça uşaq bezləri, bağlandıqdan sonra ümumiyyətlə üzərinə geydirilən neylon külotla istifadə edilirdi; lakin neylon nəmi içinə çox çəkib narahatlığa səbəb olurdu. Daha yaxşı bir həll lazım olduğunu fikirləşən Donovan, müxtəlif bezlərlə təcrübələr keçirdi və sonunda ən yaxşı həllin paraşüt neylonu olduğuna qərar verdi. Bununla yanaşı tək istifadəlik kağız uşaq bezini inkişaf etdirdi. Bu fikir o qədər tutdu ki, Donovan tələbi qarşılaya bilmədi və patentini uşaq bezi çıxara biləcək gücə sahib bir şirkət olan Keko Corp.-a satdı. Donovan 04 noyabr 1998-ci tarixində Lenox Hill Xəstəxanasında 81 yaşında vəfat etdi.