Samsung , Cənubi Koreyanın Suwon şəhərində 10950 kvadrat metrlik, beş mərtəbəli innovasiya mərkəzini açdı. Eyni zamanda muzey vəzifəsi yerinə yetirən mərkəz, yüzlərlə il əvvəlinə aid kəşflərdən başqa, Samsungun tarixi boyunca təqdim etdiyi texnoloji məhsulları sərgiləyir.

Texnologiyanın inkişaf prosesinə görə üç ayrı dövrə aid hissələr ehtiva edən innovasiya mərkəzi Thomas Edison, Maykl Faradey və Alexander Graham Bell kimi tarixin ən məşhur ixtiraçılarının inkişaf etdirdiyi texnologiyaları gözlər önünə sərir. “İxtiraçılar Çağı” adını daşıyan ilk hissədə, Guglielmo Marconinin radio teleqramı da daxil olmaqla çox sayda ixtira sərgilənir.

“Sənaye innovasiyası” adı verilən ikinci hissədə yarımkeçiricilər, ekran texnologiyaları və mobil ünsiyyət kimi kompüter və telekommunikasiya sənayesinə aid texnologiyalara yer verilir. İlk cib telefonu və ağıllı telefonun da sərgiləndiyi hissədə Nokia, Sony, İntel, Sharp və Motorola kimi rəqib firmalara aid məhsullar da iştirak edir.

Samsung, patent narazılığı davam edən Applenin “Apple II” kompüterinə da muzeydə yer verdi.

İnnovasiya mərkəzində yaradılan “Yaradıcılıq Çağı” adındakı üçüncü bölmədə Samsung məhsulları və texnologiyaları cəmləşir. Burada ziyarətçiləri məlumatlandırmaq üçün Samsungun yeni texnologiyalarından 180 dərəcəlik Ultra HD (UHD) ekranlar yerləşir.

Həftə içi hər gün açıq olan Samsungun innovasiyalar mərkəzini gəzmək istəyən ziyarətçilərin əvvəlcədən yer sifariş etdirməsi lazımdır.