Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner (“sürrealizm” terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar. Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik,irrosionallıq,standartlara cavab verməmək xarakterikdir.Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq,əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır. Sürrealizmin banilərindən birinin fikrincə “ruhi xəstələr əsil sürrealistlərdir”. Sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. XX əsrin 30-cu illərində ədəbiyyatda sürrealizm tənəzzülə uğramış, L.Araqon, P.Elüar ondan uzaqlaşmışdılar. 1940-cı ildə sürrealizmin mərkəzi ABŞ olmuş, A.Breton, M.Düşan, S.Dali, İ.Tanki və b. sürrealistlər buraya köçmüşdülər.

Fəlsəfi sahədə fransız filosofu Henri Berqsonun “intuitibizm” adlı düşüncə cərəyanı sürrealizmə təsir edib. O,ruhun ağıldan daha üstün olduğunu deyirdi.

Sürrealizmin qurucusu və lideri Breton, digər sürrealistlərin bir qismi kimi, köhnə bir dadaistdir. Sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər olmuşlar.

Sürrealist cərəyanının Belçikadakı ən önəmlii nümayəndəsi olan René Magritte ağıl ilə xəyal arasındakı xətti yox edən şəkillər yaratdı. Ayaqları qadın, üstü balıq bir supərisi; əyik Pizza Qülləsinə dəstək olan bir quş tükü tablolarında iştirak edən maraqlı görünüşlərdəndir. 1920-ci ildən başlayaraq, Sürrealistlərlə əlaqə yaradan İspan rəssamı Ruan Miro gözlənilməz formalar və rənglər istifadə etdi. Şəkillərində təsvir edilən qadın, quş, ulduz kimi özünə xas formalardakı motivlərlə xəyali görünüşlər yaratdı. Bu sehrləndirən motivlərlə, bir dünya qurdu. Sürrealizm cərəyanı ilə qaynaşan, Salvador Dalinin xatirələrindən və xülyalarından ilhamlanaraq yaratdığı şəkillərində əriyib axan saatlar, gövdəsində siyirtmələr daşıyan insanlar, boşluqda uçan əşyalar təsvir edilir.

Fransa sürrealizminin banisi və əsas yaradıcılarından biri Andre Breton olub və o ətrafına F. Supo, Paul Eluard, Qala Eluard, Benjamin Peret, Rene Crevel, Robert Desnos, Marcel Duchamp, Andre Masson və digərləri toplayır. 1924-cü ildə onlar özlərinin ilk “Surrealist Manifesto” adlı kitabını nəşr etdirirlər. Breton təsdiqləyirdi ki, bu cərəyan arzu və reallıq arasındakı ziddiyəti həll etməlidir.Bretonun səylərinə baxmayaraq,sürrealistlər fikir birliyinə gəlmədilər.Onlar həmişə mübahisə edir,bir-birini günahlandırır və onlarla razılaşmayanları sıralarından çıxarırdılar.