İngiltərədə yaşayan David Latimer adlı bağban , 1960da bir şüşə qab içinə əkdiyi bitkini 12 il normal şərtlərdə büyütdükdən sonra 1972-ci ildə bitkinin hava və su ilə olan təmasını kəsdi. “Tradescantia” adlı bitkini günümüzə qədər bu şəkildə yaşatmağı bacardı. Bitkinin göstərdiyi nümunə fotosintez möcüzəsinin nümunəsidir. Çünki şüşənin içində bitkinin bəslənib büyüyə biləcəyi bir ekosistem mühiti meydana gəlib. Bitki fotosintez yolu ilə çıxardığı oksigen və ölən yarpaqlarından ibarət gübrəylə qidalanır. Tək ehtiyacı olan şey də günəş işığıdır. Elm adamları vəziyyətin, hava və sudan məhrum bəzi canlıların fotosintez yolu ilə təbii həyatda necə ayaqda qaldıqlarının diqqət çəkici bir nümunəsi olduğunu açıqladı.