Emma Orbach Oxford universitetinin məzunu olmasına baxmayaraq mədəniyyətdən uzaqda bir həyat tərzi sürür . Emma musiqiçi qızıdır. O , 1955-ci ildə Böyük Britaniyada anadan olub. Valideynləri onu ölkənin ən bahalı yatılı məktəblərindən birinə göndərir .Məktəbi bitirdikdən sonra Emma Oxfordda başladığı Çin dilli təhsilini dərəcə ilə bitirir . Belə bir başlanğıcın ardınca o nə istəsə edə bilərdi .Ancaq Emma çox fərqli bir yol seçdi . Meşədə özü üçün inşa etdiyi evində , texnologiyadan uzaq bir həyat yaşamağı seçdi . 2 keçisi , 7 toyuğu və 2 atıyla birlikdə modern həyatdan təcrid olunmuş şəkildə yaşayan Emma Orbach bu şəkildə yaşamağın onu xoşbəxt və dinc hiss etdirdiyini söyləyir. O öz enerjisini özü təmin edir. Yaxınlıqdakı su qaynağından istifadə etməklə su təminatını ödəyir. Əri və uşaqları şəhərdə rahat evlərdə yaşayan Emma su daşımağı , odun kəsməyi , tərəvəz yetişdirməyi , toyuqlar və keçilər ilə vaxt keçirməyi sevir.

Emma atasının vəfatından sonra anasının kitabxanada işlədiyini deyir. Uşaqlığında materialist yaşayışdan uzaq tutulan Emma çiçəkləri , təbiəti çox sevir . Qardaşı ilə yeməklərini ağacın üstündə yediklərini deyir. Hər kəsin etdiyini etmədiyi üçün özünü xoşbəxt hiss edir . Həyatına aid hər şey onu sevindirir.

Emma  mədəniyyətdən uzaq  yaşamasının səbəbinin “ dünyaya zərər verməmək “ olduğunu deyir.