Statistika yəhudilər ilə bağlı çox maraqlı bir fenomen göstərir: yəhudilər sayca azlıq təşkil etsə də onların əksəriyyəti əhalinin ən varlı təbəqələrinə mənsub olur. Məsələn Rusiyada yəhudilərin sayı çox az, cəmi 0,1%-dir. Həmçinin ABŞ-da, baxmayaraq ki, çoxları düşünür ki, yəhudilər əsasən məhz birləşmiş ştatlarda topalaşıb, onların sayı cəmi 2%-dir. Amma buna rəğmən Forbesin ötən ilki milyarderlər reytinqinə nəzərə salsaq görərik ki, reytinqdə yəhudilərin sayı kifayət qədər çoxluq təşkil edir -183 nəfər, bu ümumi siyahının 23%-ni təşkil edir. ABŞ-ın 40 ən zəngin insanın siyahısında isə yəhudilər 45% yer tutur. Nobel mükafatı laureatları arasında 20%-ə qədər yəhudi əsilli şəxs vardır. Fenomen göz qabağındadır, bəs sirr nədədir?

 

Bu məsələyə müxtəlif insanlar öz fikrini bildirib və əmək sərf ediblər. Məsələn, Stiven Silbiqer özünün “Yəhudi fenomeni” kitabında bu milliyyətə məxsus insanların zənginliyini 7 əsas səbəblə izah edir.

1. Əsas var-dövlətin biliklərdə olmasını dərk etmək. Biz canlı nümunələr əsasında şahid oluruq ki, bu gün bilik (informasiya) güc deməkdir. Ənənəvi olaraq yəhudilər bilik almağa və onları savadlı şəkildə tətbiq etməyə meyillidirlər. Nobel mükafatları bunu bir daha sübut edir.

2. Öz yaxınlarınızın qeydinə qalın və onlar da sizin qeydinizə qalacaq. Yəhudilərin biri-birinə arxa olması artıq əfsanəvi xarakter daşıyır. Onlar böyük sevinclə öz doğmalarına kömək edir və bilirlər ki, çətin məqamda düşdükdə onlara da zəruri yardımı göstərəcəklər. Əgər səni bütöv bir xalqın dəstəklədiyini bilirsənsə, heç bir dənizin suyu dizindən yuxarı qalxmayacaq.

3. Uğurlu insanlar peşəkarlar (öz işinin ustası olan şəxslər) və iş adamlarıdır. Məhz buna görə də yəhudilər öz professional və işgüzar keyfiyyətlərini inkişaf etdirməyə bu qədər can atırlar. Hüquqşünaslar, vəkillər, həkimlər, mühasiblər, musiqiçilər – bu peşələrə sahib olanlar arasında yəhudilər çoxdur və onlar bir qayda olaraq, çox gözəl mütəxəssis olur və öz sahələrində məşhurluq qazanırlar (əlbəttə ki, bankirləri unutmayaq). Onların nə dərəcədə uzaqgörən, fərasətli və tədbirli olmasını Forbes jurnalı bir daha sübut edir.

4. Danışıqlar aparılmasında özünüzə əminliyi artırın. Danışıqlar – uğura nail olmaqda ən başlıca addımdır. Nitqin düzgün qurulması həm müttəfiqi, həm də müştərini inandırmağa kömək edəcəkdir. Siz onlarla lazımı şərtlər barəsində rahat razılığa gələ biləcəksiniz.

5. Nümunəvi şəkildə bədxərc və ağıllı şəkildə qənaətcil olmaq lazımdır. Yəhudilərin xəsisliyi (yığımcıllığı) çox lətifənin müzakirə mövzuna çevrilmişdir, amma məhz bu xüsusiyyət onlara maliyyə zirvələrinə qalxmağa kömək edir. Müəyyən məqamlarda bədxərclik isə cəmiyyətə öz mövqeyini nümayiş etdirmək, nüfuz, hörmət və etibar qazanmaq üçün mütləqdir.

6. Öz individuallığın ilə fəxr etmək lazımdır. Yəhudilər, özünü seçilmiş xalq hesab edilər, məhz bu fikir-düşüncə onlara əsrlər boyu davam edən ən ağır təqiblərə rəğmən sağ qalmağa və dünyəvi zirvələrə qalxmağa kömək edir. Hər bir insan, unikal və təkrarolunmaz şəxsiyyətdir. Bundan agah olmaq isə möcüzələr yaradır.

7. Nəyisə sübut etmək motivasiyasına sahib olmaq lazımdır. Yəhudi həmişə haqlı olduğunu sübut etməyə hazırdır. O, bunu etmək üçün minlərlə üsul tapacaqdır. Belə inadcıllıq və əminlik –istənilən bir işdə uğurun təməli və zəmanətidir.