Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün Misirli astronomiya alimi Sosigenesi yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat  davam etdiyi bilinirdi.Sosigenes də qarışıqlığı belə həll edir:

  HƏR İL 365 GÜN davam edəcək.

  Hər ildən 6 saat artacaq. 

ARTAN SAATLAR 4 ildə bir təqvimə əlavə olunacaq və O İl 365 + 24 SAAT = 366 GÜN OLACAQ.
366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək. 
Yaxşı 365 gün çəkən illərdə aylara görə bölgü necə olacaq? 
 Sezar əmr verir: 
365 gün çəkən illərdə EN SON AYDAN 1 GÜN azaldılsın.
O vaxtlar yeni il mart ayından başlayırdı, yəni Fevral ilin son ayı idi.

  Beləcə Fevral ayı, 4 ildə bir 30 gün, digər illərdə 29 gün olur. 
Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir:

  JULIUS, yəni JULY. 
Sonradan imperator olan Augustus, Sezardan dala qalmayıb və sonrakı
aya öz adını verir:

  AUGUSTUS, yəni Avqust.
Ancaq Julius Sezar ayı 31 gün ikən, Augustusun ayı 30 gün olar? 
O da əmr verir: İlin son ayından 1 gün daha azaldılsın, mənim ayım da 31 GÜN OLSUN.
Yazıq Fevral 1 gün azaldılır və Avqusta əlavə olunur. O gündən bəri  Fevral ayı, 4 ildə bir 29 gün, digər illərdə 28 gün olur.
Sezar ayı İyul və Augustusun ayı Avqust da ardıcıllıqla 31 gün davam edir.