Vizual mediada edilən “+18″ xəbərdarliğı beynəlxalq səviyyədə reallaşdırılan bir yapışdırma fəaliyyətidir. Ailə şüurunu yox etmək və var olan ailələri dağıtmaq üzrə dəzgahlanmış hiyləgər bir plandır. Şüursuz gənclər və məsuliyyətsiz fərdlər yetişdirmək üzrə inkişaf etdirilən gizli bir silahdir.

Beləki +18 xəbərdarlıqlarının böyük bir hissəsi cinsi məzmunlu və daha çox pozğun səhnələri saxlayan vizualları əhatə etməkdədir. Məqsədi “18 yaşı və üzərindəkiləri maraqlandırar” mesajını verməkdir. Sanki cinsi məzmunlu səhnələr yalnız 18 yaşın altındakılara qadağanmış və yalnız onlar üçün təhlükəliymiş kimi və əgər“18 yaşının üzərindəsinizsə izləyə bilərsiniz, sizin üçün bir qorxusu yox” fikri aşılamaqdadır. Məqsədi insanlara şüur altı səviyyədə təsir edib onlara pozğunluq şüurunu peyvənd etmək və pozğunluğu insan həyatında normallaşdırmaqdır. Halbuki pozğun məzmunlar virtual fantaziyaların reallaşdırıldığı tamaşaçısında cinsi iqtidarsızlığa səbəb olan və  yoldaşlar arasındakı bir çox həyəcanı öldürən, qarşılıqlı məsuliyyətsizləşməyə və gənclərdə şüursuzlaşmağa səbəb olan görüntülərdir. Pozğunluğu izləyən gənclər və böyüklər, iradəsini zəiflədərək vətəni və milləti ilə əlaqədar onlarla əhəmiyyətli məsələni atlayıb; dini və insani əsl vəzifələrini unudub günü birlik həyəcanların və onlarla günahların arxasında qaçmaqdadır. Pozğun filmlər, insanları uca yaradanın evli cütlərə verdiyi zövqlərdən məhrum buraxan pis filmlərdir.

Psixoloqlar da pozğunluğu izləmənin həm qadınlar həm də kişilər üzərində narkotikdən daha çox bir şəkildə asılılıq meydana gətirdiyinə, pozğunluğu izləməyi buraxmanın bir siqareti ya da bir narkotiki buraxmaqdan daha çətin olduğuna qənaətinə gəlmişlər. Xüsusilə pozğunluğu izlərkən öz nəfsini təmin etməyə çalışan fərdlərin, bu hadisələrdən sonra içinə düşdüyü peşmanlıq və pərişanlıq hissi, psixologiyalarının da pozulmasına, depressiyaya girmələrinə səbəb olmaqdadir.

Pozğunluğu izləyən fərdlərin bir müddət sonra gerçək həyatında pozğun hərəkətlərlə bağlı qarabasmalar gördüyü və günah meylinin artdığı elmi olaraq sübut edilmişdir. Xüsusilə cütlər arasında qısqanma duyğusunu azaltdığı və aldatma meylinin artdığı, təhsilsiz insanlarda isə təcavüzlərə qədər aparan günahlara səbəb olduğu isbat edilmişdir. Ayrıca pozğunluq düşkünü evli cütlərdə, qarşılıqlı  məmnuniyyətsizliyə səbəb olduğu, cütlər arasında olan həvəsin azaltdığı və aldatma meylini də artırdığı isbat edilmişdir.

Agah olmaq lazımdır ki,  +18 xəbərdarlığı bir xəbərdarlıq deyil, bir normallaşdırma hərəkətidir. Xüsusilə böyükləri hədəf alan və haram qılınmış bir çox təhlükəli hadisəyə qarışmanın normalmiş kimi ifadə edildiyi və bir çox fərdin həyatını qarartmağı hədəflədiyi, beynəlxalq səviyyədə cani tərəfindən düşünülmüş bir fəaliyyətdir.

Bu oyuna gəlməyək. Özümüzü və sevdiklərimizi bu pislikdən qurtaraq!