Bir neçə gün öncə VEVO-da ilk dəfə azərbaycanlı reperin sinqlı paylaşıldı. K-zombie təxəllüsü ilə fəaliyyət göstərən həmyerlimizin “The Other Side” adlı sinqlını həm də iTunes-dan əldə etmək mümkündür. 

Qeyd edək ki, VEVO Sony Music Entertainment, Universal Music Group və Abu Dhabi Media-nın ortaq işi olan video klip saytıdır və bir çox məşhurun klipləri bu saytın Youtube kanalı vasitəsilə paylaşılır. Sayta giriş ölkəmizdə mümkün olmasa da VEVO-un Youtube kanalını izləyə bilərsiniz.

The Other Side-ı buradan dinləyin!