Dörd şey xoşbəxtlik əmələ gətirirtəmiz davranış, təmiz ürək, təmiz əl və müstəqil rəy.

Dörd şey xoşbəxtliyə sübutdur – düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək.

Dörd şey hamıya lazımdır itaət, nəsihət, şəfqət və əmanət.

Dörd şeyi geri qaytarmaq olmazdeyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü.

Dörd şeyi dörd şeysiz eləmək olmazdüşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən.

Dörd şey işləri tamamlayırböyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək.

Dörd şeydən ehtiyat etmək gərəktələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən.

Dörd şey bədbəxtlik nişanəsidirtənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik.

Dörd şəxsdə dörd şey olmazyalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük.

Dörd şey bütün xalqlar üçün yaxşıdırədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq