Bayramlar, ad günləri, qonaqlıqlar adətən həddindən artıq yemək qəbulu ilə bitir. Yaxud axşam vaxtı şirniyyat qəbulu səhərlər mədənizdəki narahatlıqlara səbəb ola bilər.

    Düzdür yaxşı olar ki,yeməyin qəbulu ölçülərinə nəzarət edək və heç bir həzm problemi yaranmasın.

    Yox əgər artıq sərhədlər aşılıb və özünüzü pis hiss edirsinizsə, aşağıda sadalanan məsləhətlərə əməl etməklə halınızı yüngülləşdirə və bərpa edə bilərsiniz.

    Çalışın ki, yatmağa hazırlaşandan 3 saat qabaq heçnə yeməyəsiniz. Nahar qəbulundan 1 saat keçdikdən sonra isə yaşıl çay için. Yaşıl çay maddələr mübadiləsini tənzimləyir.

    1.Su. Günə ilıq su qəbulu ilə başlayın  və gün ərzində çoxlu su qəbul edin. Su bağırsağın normal funksiyasını tənzimləyir və bədəndən toksinləri çıxardır.

http://imageshack.com/a/img901/5328/B7jmS3.jpg

   

    2.Turş süd məhsulları. Bütün turş süd məhsulları, xüsusilə də kefir həzm sisteminə müsbət təsir göstərir. Əgər spirtli içkilərin dozasından çox qəbul etmisinizsə və narahatlıq keçirirsinizsə kefir və ya qatıqdan istifadə edin.

    Turş süd məhsulları bağırsağın fəaliyyətini və mikroflorasını tənzimləyir və bərpa edir, orqanizmin fizioloji funksiyalarını normaya salır. Bu məhsullar həmçinin artıq çəki ilə mübarizədə də istifadə olunur, çünki şirniyyat və ədviyyatlı yeməklərə qarşı iştahanı azaldır.

http://imageshack.com/a/img743/4106/Zbhiln.jpg

   

    3.Sıyıq (kaşa ). Yulaf yarması səhər yeməyi üçün idel seçimdir. Bunula siz mədə və bağırsaq divarlarında yaranan problemlərin qarşısını almış olursunuz.

    Qarabaşaq gücünüzü bərpa edərək mədəniz üçün heç bir ağırlıq yaratmayacaq. Qarabaşaq maddələr mübadiləsinin normal fəaliyyətinə yardım edir və bədəndəki zərərli xolestirini azaldır. Pəhriz saxalayarkən qarabaşaqdan istifadə etsəniz arzuolunan çəkiyə daha tez nail olacaqsınız.
http://imageshack.com/a/img661/2225/o9V4G7.jpg

   

    4.Brokkoli – həzmin ən yaxşı köməkçilərindən biridir. Güclü “ yeyib-içmək”-dən sonra qarnir şəklində təqdim oluna bilər.

    Brokkoli bağırsaq və qanı təmizləyir, qaraciyər, mədə xorası, meteorizm və disbakterioz kimi xəstəliklərin müalicəsində kömək edir.

http://imageshack.com/a/img537/3091/J9HaSJ.jpg

 

     5. Almanın həzm sisteminə böyük müsbət təsiri var. Almalar A, C, B1 , B2 , B6 , P , E vitaminləri ilə zəngindir.Almanı qabıqlı yeməyə çalışın, çünki almanın qabığında böyük miqdarda pektin var. Hansı ki, bağırsağın təmizlənməsində böyük təsiri var.

    Almalar qandakı xolestirini azaldaraq damar tıxaclarının qarşısını alır.

    Ürəkbulanma zamanı almalar əks təsir göstərərək bu halın qarşısını alır.

    Sadalanan ərzaqların qəbulu xüsusilə də azərbaycansayağı  “yeyib-içmək”-dən sonra ümumi halınızı bərpa etməyə kömək edəcək.