Kolumbiyalı yazıçı olan Qabriel Qarsia Markezin əsərləri dünyada ispan dilinə olan marağı daha da artırıb. Q.Q.Markez ədəbiyyatda yeni bir istiqamətin – magik realizmin yaradıcısıdır. Onun əksər əsərləri gizli məqamlar və miflərlə öz həyatı kimi boldur. Həyatı maraqlı məqamlarla dolu olan bir insanın sitaları da maraqlı olacaq:

    1.Həyatımızdakı ən yaxşı şeylər təsadüfən baş verir.

    2.Qarşınıza əsl sevgi çıxıbsa, o, sizin həyatınızdan heç vaxt yox olmayacaq.

    3.Heç bir insan sənin göz yaşlarına layiq deyil, layiq olanlar da sənin ağlamağına imkan verməz.

    4.Ağlama, çünki artıq hər şey bitdi. Gülümsə ki, bu baş verdi.

    5.Səni kimliyinə görə yox, özümü sənin yanında “kimsə” olduğuma görə sevirəm.

    6.Həyat ötən günlər deyil, yaddaqalan günlərdir.

    7.Bizi incidən insanlar olub və həmişə olacaqdır. Buna görə insanlara olan etibarı itirmək lazım deyil.

    8.Siz olmadan xoşbəxt ola bilən insanların arxasınca qaçmayın, sizsiz bir günün keçirə billməyən insanları isə dəyərləndirin.

    9.Asan əldə olunan xoşbəxtlik uzun müddət davam etmir.

    10.Sevib sonradan isə heçnə hiss etməmək mümkün deyil. Mütləq ya sevinc, ya da kədər yaşanacaq.