“İnsanlar təbiətinə görə eynilik təşkil edir, insanları bir-birindən fərqləndirən onların vərdişləridir”   (Konfutsi) .

    Fakt: biz öz vərdişlərimizin qullarıyıq , buna görə məhz vərdişlər bizim uğur göstəricilərimizi müəyyən edir. Vaxt itirmədən aşağıda sadalanan bacarıqları, səyləri özümüzdə inkişaf etdirsək, tədricən onlar yaxşı vərdişlərə çevriləcək.

    1. Səhər erkəndən oyanmaq. Uğurlu insanların hamısı səhər erkəndən oyanıb, gün ərzində olan planların əksəriyyətini günün birinci yarısı yerinə yetirirlər. Səhər günün ən ilhamverici və məhsuldar hissəsidir. Bu vərdişi mənimsəsəniz yalnız əvvəllər itirdiyiniz “səhərlər“ üçün peşiman ola bilərsiniz.

    2. Kitab oxumaq. Kompyuter və televizor qarşısında faydasız keçirilən vaxtın bir hissəsini yaxşı kitablara ayırsanız, dost və tanışların əhatəsində ən savadlı, dünya görüşlü adam olacaqsınız. Özünüz hiss etməsəniz belə həyatınız asanlaşacaq, bir çox sualın cavabı öz-özünə tapılacaq.

    3. Sadələşmək. Sadələşmək təkcə xasiyyətdə yox , həm də həyatımızı sadələşdirmək, lazımsız olanları silib atmaqdır. Xüsusilə də beynimizdə olan lazımsız fikirləri, şübhələri, daxili müzakirələri silib atmaq. Həyatımız, düşüncələrimiz nə qədər sadə olarsa, o qədər də həyatdan zövq alarıq.

    4. Hərdən-bir işinizi təxirə salmaqdan çəkinməyin. Daima gərginlik, stress və tələsgənlik şəraitində yaşamaq mümkün deyil. Bunun pis nəticələri ola bilər.

    5. Məşqlər. Aktiv fiziki fəaliyyətsiz həyat insan orqanizmini məhv edir. Zamanında idmana, aktiv hərəkətlərə vaxt ayırmasaq, tədricən xəstəliklərin müalicəsinə vaxt ayırmalı olacağıq. Mütləq deyil ki, idman zalına abunə olasınız. İdmanla evdə, işdə, küçədə yol gedərkən də məşğul olmaq olar.

    6. Gündəlik təcrübə. Belə bir deyim var ki, insanın nə qədər çox təcrübəsi olsa, uğur qapılarının açarın tez tapar. Düzdür, nəzəriyyə vacibdir, amma məhz təcrübə insanın son fəaliyyətini təkmilləşdirir.

    7. Ətraf mühit. Ətraf mühitin düzgün seçilməsi sizin uğurunuzu sürətləndirəcək. Pozitiv, ideyalarla dolu insanların əhatəsində olmaq sizi ancaq inkişafa gətirib çıxara bilər. Burada siz həmin insanlardan məsləhət və dəstək ala bilərsiniz.

    8. Minnətdarlıq dəftərçəsi tutun. Bu vərdiş möcüzələr törədir. Malik olduqlarınıza görə minnətdar olun və daha yaxşı olmağa cəhd edin. Hər axşam yatmamışdan qabaq gün ərzində baş verən və yaxud əldə olunanları dəftərçəyə qeyd edin. Sevinc sevinc gətirər.

    9. İnadkar olun. Uolt Disneyin müraciət etdiyi 303-cü bank onun Disneylənd layihəsini maliyyələşdirməyə razı olmuşdur. Stiv Makkeri 35 il ərzində millionlarla fotoşəkil çəkmişdir, amma yalnız bir fotoşəkil – “ The Afgan girl “ şedevrə çevrilmişdir. Edisson elektrik lampasını kəşf etməmişdən qabaq 10000 uğursuz cəhdi həyata keçirmişdir. İnadkar insanlar həmişə məqsədlərinə nail olurlar.