Qürur – özünə dəyər və unikallıq hissidir, hansı ki başqalarının üzərindəki yüksəlmə hissindən yaranır. Özünün vaciblik hissi yaxud qürur hissinin yaranması həm asan, həm də mürəkkəb məsələlərlə bağlıdır. Məşhur psixoloq Adlerin araşdırmaları göstərib ki, insan doğulduğu andan  onu natamamlıq kompleksi bütün həyatı boyu izləyir. Məhz qürur hissinin yaranma meyili də bunun kökündə dayanır.

    “Eqo” – muzun 2 tərəfi var: işıqlı və qaranlıq tərəf. İşıqlı tərəf bizim yaradıcı, orijinal, individual olmağımıza səbəb olur. “Eqo” – muzun qaranlıq tərəfi bizi illüziyalara salır, hansı ki insanı reallıqdan uzaqlaşdırır və hətta onu reallığa qarşı mənfi ruhda kökləyir. Qürur hissinin qurbanı olduğunuzu müəyyən edən bir neçə amil var :

         – Həmişə və hər yerdə haqlı olmaq istəyi ;

         – Hər zaman qələbə çalmaq arzusu (istənilən yolla) ;

         – Ancaq öz maraqlarına istinadən hərəkət etmək ;

         – Başqalarının taleyi və hərəkətlərinin məsuliyyətini daşımaq istəyi ;

         – İstənilən məsləhəti qəbul etməmək və hətta dinləməmək ;

         – Həmişə başqasına məsləhət vermək, yol göstərmək istəyi. Sizdən məsləhət istənilməyən yerdə belə ;

         – Özünün qınaq, fikir və ifadələrində həddən artıq qətilik ;

         – Səmimi qəlbdən başqalarına təşəkkür etmək, minnətdar olmaq olduqca çətin başa gəlir və hətta bir iş işgəncə kimi görünür.

     Yüksək qürur hissinin ən böyük mənfi cəhəti: ətrafınızdakı insanlara qarşı yersiz küsməyə, inciməyə başlayırsınız və hesab edirsiniz ki , onlar sizin ümüdlərinizi, gözləntilərini doğrultmayıb. Bu ziyanlı hissdən qurtulmaq üçün bir neçə məsləhətimiz olacaq:

  1. Xoşlamadığınız, özünüzə əskiklik kimi qəbul etdiyiniz bir işi görün. Bu sizə başqa insanları anlamağa kömək edəcək.
  2. İnsanları diqqətlə dinləyin. Başqalarının təcrübə və məsləhətlərindən faydalanmağa utanmayın, bunu ozünüzə  “sığışdırın” . Unutmayaq ki , yaşadığımız dünya “gör-götür”  dünyasıdır.
  3. İnsanları olduğu kimi qəbul edin və onları öz istədiyiniz kimi, öz tələb və zövqünüzə uyğun dəyişməyə çalışmayın. Çox güman ki , sizin də bəzi xüsusiyyətləriniz başqa insanların xoşuna gəlmir, amma onlar sizi dəyişməyə çalışmır sadəcə olduğunuz kimi, bütün qüsurlarınız və üstünlüklərinizlə qəbul edirlər.
  4. Hər gün şükranlıq edin! Hətta ən kiçik şeylərə görə minnətdar olun.