Stiv Cobs – Apple Computer və Pixar Animation Studios şirkətlərinin yaradıcısı və təsisçisidir. Stiv Cobs 2011-ci ildə mədəaltı vəzi xərçəngi diaqnozu ilə dünyasını dəyişib. Ölümünə baxmayaraq , onun şirkət və layihələri uğurla inkişaf etdirilir. Stiv Cobsun uğur prinsiplərinə çoxları riayət edir.

    Stiv Cobsun Stendford Universitetinin tələbələrinə verdiyi bir neçə uğurlu məsləhət:

    “Mən əminliklə deyə bilərəm ki, uğurlu insanları uğursuz insanlardan fərqləndirən əsas əlamət – inadkarlıqdır”.

    “Işçi qrupunun məqsəd və fikirlərinin cəmləşdiyi obyektə əsaslanaraq məhsul istehsal etmək olduqca çətindir. Bir çox hallarda insanlar özləri də anlamırlar onlara nəyin lazım olduğunu, buna görə də onlara istiqamət vermək lazımdır“.

    “Bacarıqlı insanları işə götürüb onları idarə etmək mənasızdır. Biz bacarıqlı insanları işə qəbul edirik ki, onlar bizə yol göstərsinlər“.

    “Ölüm həyatın ən yaxşı kəşfidir. O, dəyişikliklərin əsas səbəbidir. Ölüm köhnəlmiş şeyləri təmizləyərək, yenilərə yol açır “.

    “Hesab edirəm ki, əgər siz bir yaxşı iş görmüsünüzsə, bunula kifayətlnmək lazım deyil. Həyatınızı yaxşı işlərlə, uğurlarla doldurmağa davam etmək lazımdır “.