Kitabların köməyi ilə biz bilikərə, ideyalara, ruhsal və mənəvi dəyərlərə yol açırıq, insanların incəsənətə təsiri və incəsənətdə əldə etdikləri uğurları daha tez anlayırıq. Kitab təkcə informasiya daşıyıcısı deyil, həmdə mədəniyyət və təhsilinin fundamenti rolunda çıxış edir.

    Məşhur yazıçılar da öz kitablarını təbii ki, asan yolla ərsəyə gətirməyiblər. Əgər siz də nə vaxtsa kitab yazmaq və yazışı olmaq arzusunda olsanız, aşağıda sadalanan və praktikadan keçmiş vərdişlərə diqqət edib onlara yiyələnə bilərsiniz.

    Stiven Kinq. O, həftənin günlərindən asılı olmayaraq nahar fasiləsinə ayrılmadan hər gün 10 səhifə yazır. Hətta bayram günləri onun üçün istisna deyil. Bu faydalı vərdiş kitab aləmində müəllifə “Dəhşət və qorxu kralı” titulunu qazandırmış və onu ən məhsuldar yazıçılardan biri etmişdir.

    Ernest Heminqvey. E.Heminqver hər gün 200 sözdən ibarət yazı yazırdı. Özünün gündəlik normasını sakitçilikdə yerinə yetirmək üçün o, hər gün erkəndən oyanıb günortaya kimi yazı yazırdı. Baxmayaraq ki, E.Heminqveyin spirtli içkilərə qarşı zəifliyi vardı o, yazı masasının arxasına heç vaxt sərxoş halda oturmayıb.

    Vladimir Nobokov. “Lolita“-nın müəllifi öz fikir və ideyalarını ayaqüstə, kartların üzərində yazmağı xoşlayırdı. Bu sistem ona hədisələr və fikirləri heç bir süjet xətti olmadan yazmağa imkan verirdi. Məsələn, “Cəhənnəm“ əsərini başa çatdırmaq üçün o, 2000 kartdan istifadə etmişdir.

    Trumen Kapote. “Tiffaninin səhər yeməyi“ əsərinin müəllifi özünü “horizontal yazıçı“ adlandırırdı, çünki bütün kitablarını divanda, çarpayıda uzanıqlı vəziyyətdə yazırdı. Bütün əsərlərini karandaşla yazıb. Hətta müəyyən vaxtdan sonra karandaşı əvəz edəcək çap maşını meydana gəlsədə, o, yenə də uzanıqlı halda karandaşla yazmağa davam edirdi.

    C.K.Rouling bütün kitablarını kafedə yazıb. Qızına ayırdığı diqqət və qayğı saatlarına mane olmamaq məqsədilə o, bunun üçün elə vaxtlar seçirdi ki, bu zaman qızı evdə yatmış olsun. “Harri Potter”in  müəllifi hesab edir ki, əsərə bütün ruhunla yanaşsan, kitab daha tez ərsəyə gələr.