2015-ci ildə xərçəng diaqnozu qoyulan iti Bellanın son günlərini yaxşı keçirməsi üçün onu səyahətə aparan sahibi Robert Kugler’ın hekayəsi insanın içini isidir.

Sümük xərçənginə tutulan iti Bella’ya qoyulan xərçəng diaqnozundan sonra onun xilas olması üçün ön ayaqlarından biri kəsilir, ancaq bu da xəstəliyə çarə olmur. Xərçəng ciyərlərinə yayıldığı üçün baytarın 3-6 ay arası ömür biçdiyi Bella, keçirdiyi əməliyyatdan sonra onu çox sevən sahibi tərəfindən səyahətə çıxarılır.

14 aydır bir çox yeri gəzən ikilinin macərası, həm “robkogler” adlı Instagram hesabından həm də Kugler’ın blogu rklifeillustrated.com üzərindən təqib edilə bilir. Sevimli ikilinin macəralarından maraqlı kadrlar…