Heyvanların və bitkilərin dünyası, biz insanların diqqətini çox cəlb edir, ancaq bitkilərin dünyası heyvanlara nisbətən daha az diqqətimizi cəlb edir deyə bilərik. Məsələn, bitkilərə heyvanlar mövzusundakı həssaslığın yarısını belə göstərmirik. Ya da bol tərəvəzli bir salatı yeyərkən, o ləzzətli salatın içində olan fərqli göyərtilər nə hiss edir deyə heç düşünmürük.

Haqlısınız, biz də bunu heç düşünməmişdik, amma bitkilərin dünyasıyla bağlı edilən son araşdırmadan sonra bir daha eyni rahatlıqla göyərtiləri yeyə bilərikmi?.. Bundan əmin deyilik. 🙁


Bitkilərin hiss etmək qabiliyyəti yeni bir şey deyil, lakin edilən son araşdırma onların hiss etməklə kifayətlənməyib, birdə buna qarşı reaksiya göstərdiklərini göstərir. Amerikadakı Missouri Universitetində reallaşdırılan “Müasir Fermer” adlı araşdırma, bitkilərin yeyildikləri zaman bir müdafiə etmə mexanizmi yaratdıqlarını ortaya qoymuşdur.



Missouri Universitetindəki elm adamları, bu mövzudakı araşdırmalarını brokoli və xardala bənzəyən bir tərə cinsi üzərində etmişdirlər. Latıncası Arabidopsis olan bu bitkinin elmi araşdırmalarda tez-tez istifadə edilməsinin səbəbi, Arabidopsis’in gen quruluşunun ilk məlum olan bitki olmasıdır.



Tədqiqatçılar, bitkilərin yeyildiklərini hiss etməklərini anlamaq üçün xüsusi səs qeyd cihazlardan istifadə etmişlər. Nəticədə; bir tırtılın bitkini yeyərkən yaratdığı titrəşmələri bitkinin hiss etdiyi məlum olmuşdur. Daha sonra isə bitkinin külək kimi təbii titrəmələrə verdiyi reaksiya qiymətləndirilmişdir.



Edilən araşdırmada Arabidopsis’in yeyildiyini hiss etdiyi anda xardal yağı ifraz etməyə başladığı; hətta yeməyə maneə törətmək üçün bu ifrazatı yarpaqlarından çölə atdığı müşahidə edildi. Digər bir təəccüblü nəticə isə, bitkinin külək kimi təbii titrəmələrə məruz qaldığı zaman eyni ifrazatı istehsal etmədiyi gerçəyi idi.



Bu tədqiqat, bitkilərin titrəmələrə necə reaksiya verdiklərini göstərməsi baxımından bir ilk idi. Daha əvvəllər isə Missouri Universiteti Bitki Elmləri fakültəsində fəaliyyət göstərən Heidi Appel, bitkilərin musiqi kimi akustik enerjilərə necə reaksiyalar verdiklərini müşahidə etmişdi.



Yəni bu tədqiqatdan sonra açıq-aydın görünür ki, bitkilər yeyilmə titrəmələrini digər titrəmələrdən asanlıqla ayırd edə bilir; yeyilməmək üçün isə maddələr mübadiləsini dəyişib, özlərini müdafiə edirlər. Bu mövzuda araşdırma edən mütəxəssislərdən biri olan Dr. Kühnemann’a aid bu cümlə isə həqiqətən insanı fərqli düşüncələrə sövq edir: “Bəlkə də bitkilər və ağaclar bir-birləriylə ‘danışırlar’.”