Futbol bütün ölkələrin ən sevimli idman növüdür. Yalnız komandaları qalib gələn zaman azarkeşlərin sevinci, məğlub olanda yaşanan məyusluqlardan ibarət deyil. Futbol tarixində yaşanan faciələr azarkeşlərə daha çox kədər yaşatmışdır. Bu dəfə sizə həmin bədbəxt hadisələr haqqında məlumat verəcəyik.

1946-cı ildə İngiltərənin “Bernden Park” arenasında baş tutan İngiltərə Kubokunun altıncı raund görüşü də gözlənilməz bədbəxt hadisəylə nəticələnib. “Bolton” – “Stok Siti” qarşılaşmasında stadionun rəhbərliyi arenaya maksimumdan da çox, yəni, 40 minlik yerə 65 min azarkeş buraxmaqla faciəyə səbəb olub. Beləliklə, güclü basqıya davam gətirməyən tribunalardan birinə toplaşan 20 minə yaxın fanat ölümlə qarşılaşıb. Tribunanın uçması nəticəsində 33 nəfər həlak olub, eyni zamanda 500-ə yaxın fanat xəsarət alıb. Oyun müəyyən müddətə dayandırılsa da, federasiya rəhbərliyinin göstərişilə davam etdirilib və qapılara qol vurulmayıb. İlk görüşdə rəqib qapısından iki top keçirən Uonderers klubu növbəti mərhələyə vəsiqəni təmin edib.

1949-cu ildə daha bir bədbəxt hadisə İtaliyada baş verib. “Torino”ya məxsus təyyarı Portuqaliyadan qayıdarkən Turin yaxınlığında “Superci” qasırğasının güclənməsi nəticəsində qəzaya uğrayıb. 18 futbolçunun dünyasını dəyişdiyi hava “qatar”ında çoxu italyan olmaqla, Turin klubunun kapitanı, Apennin futbolunun məşhur siması Valentina Matsola da yer alıb. Futbolçularla yanaşı, bir neçə yerli jurnalist, o cümlədən ingilis məşqçi Lesli Livsli də həyatını itirib. Buna qədər ardıcıl dörd dəfə İtaliya çempionu olan “Torino” böyük itkilərə baxmayaraq, növbəti mövsümü də qızıl medallarla başa vurub. Maraqlıdır ki, mövsümü çempion qiyafəsində başa vuran komandanın oyunçularının əksəriyyəti əvəzedici heyətdən gətirilənlər olublar.

1958-ci ildə baş vermiş Münhen aviaqəzasını Çox güman ki, orta nəslin nümayəndələri yaxşı xatırlayırlar. 1958-ci ildə Mett Basbinin rəhbərlik etdiyi “Mançester Yunayted” Avropa Çempionlar Kubokunun yarımfinal oyunu çərçivəsində “Srvena Zvezda” ilə cavab matçında böyük faciə ilə üzləşib. “Basbinin körpələri”ni Almaniyaya aparan təyyarə tarazlığı itirəndən sonra evlərin üstünə düşüb. Nəticədə komandanın əksər futbolçuları ilə yanaşı, “Mançester Yunayted”in 3 rəsmisi, o cümlədən 8 ingilis jurnalist həlak olub. Bununla belə, oyun baş tutub və ilk qarşılaşmada serblərlə 1:1 hesablı heç-heçəyə razılaşan “qırmızı şeytanlar” səfərdə əldə edilən 3:3-lük nəticə sayəsində adlarını yarımfinala yazdıraraq dünyalarını dəyişənlərin ruhlarını şad ediblər.

1961-ci ildə Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Çili paytaxtı Santyaqodan Osornoya səfər edən “Qrin Kross”a məxsus təyyarə Los-Lastimas yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 24 nəfərin hamısı dünyasını dəyişib. Onlardan 20-si futbolçu, 2-si məşqçi, 2-si isə həkimlər briqadasının üzvləri olublar.

1964-cü ildə dəhşətli futbol faciələrindən biri də Peruda baş verib. Paytaxt Limanın mərkəzi arenasında Yaponiyada keçiriləcək olimpiadanın seçmə qrup mərhələsi çərçivəsində Argentina yığması ilə son oyununu izləməyə gələn azarkeşlər bədbəxt hadisəylə üzləşiblər. Futbol tarixinin ən böyük faciələrindən birinə səbəb, nə qədər qəribə səslənsə də, görüşün baş hakimi olub. Referinin meydan sahiblərinin qolunu hesaba almaması nəticəsində tribunalarda yaranan çaxnaşma kütləvi qırğınla yekunlaşıb. Nəticədə 318 azarkeş həyatını itirib. 500-ə yaxın fanat ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Argentina yığması isə vurduğu yeganə qol sayəsində olimpiadada iştirak etmək hüququ qazanıb.

1967-ci ildə hesaba alınmayan qol nəticəsində növbəti faciə qardaş ölkədə – Türkiyədə baş verib. Ölkə çempionatının oyunu çərçivəsində baş verən hadisə görüşün baş hakimi meydan sahiblərinin təmiz qolunu hesaba almamaqla 41 nəfərin ölümünə səbəb olub. Bundan başqa, 600-ə yaxın azarkeş ciddi xəsarət alıb. Qol hesaba alınmayandan sonra azarkeşlər stadionu tərk etməyə başlayıblar və yaranan basabas nəticəsində günahsız insanlar həyatlarını dəyişiblər.

1968-ci il 23 iyun tarixində Cənubi Amerikada daha bir futbol qalmaqalı yaşanıb. Amma budəfəki fakt daha acınacaqlıdır. Argentinanın məşhur “Monumental” stadionunda “River Pleyt” – “Boka Xunyors” arasında keçirilən çempionat oyunu 74 nəfərin ölümü, 113 azarkeşin isə ağır xəsarət alması ilə nəticələnib. Qonaq komandanın azarkeşləri meydana partlayıcı maddələr atandan sonra triubanalarda çaxnaşma yaranıb və nəticədə fanatlar arasında ölüm-dirim davası düşüb.

1971-ci ildə 16 nəfərin ölümü, 150 azarkeşin xəsarəti ilə nəticələnənə hadisə Şotlandiyanın başıbəlalı arenasında – “Aybroks Park” stadionunda qeydə alınıb. Çempionat oyununda “Reyncers” – “Seltik” qarşılaşması zamanı meydan sahiblərinin qol vura bilməməsinə qəzəblənən qlazqolu fanatlar kollektiv şəkildə stadionu tərk etməyə başlayıblar. Görüşün son dəqiqələrinə təsadüf edən boşalma prosesi sonna çatmamış meydan sahibləri fərqlənə biliblər. Sevimli komandalarının hesabı açmasını eşidən azarkeşlər dərhal geri qayıtmaq istəsələr də, qarmaqarışıqlıq yaranıb və çaxnaşma nəticəsində 16 tamaşaçının həyatına son qoyulub.

2009-cu ildə Kenya liqasının oyunu zamanı stadiona ildırım düşüb. Nəticədə ev sahibi olan komandanın 7, qonaq komandanın isə 4 futbolçusu vəfat edib. Ölənlər sırasında 2 hakim də var.

2016-cı il 29 noyabr tarixində Cənubi Amerika Kubokunun final matçı üçün Kolumbiyaya gedən Braziliyanın “Chapecoense” klubunun futbolçuları təyyarə qəzasında həlak olub. Cəmi 3 futbolçu sağ qalıb. Onlar da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanada olanlarda biri (qapıçı) həmin gün dünyasını dəyişib. Komandanın əsas 11 nəfərlik heyətinin bütün oyunçuları həlak olub, xəstəxanada olanlar isə ehtiyat oyunçulardır.

Bu gün postu hazırlamağımıza səbəb elə sonuncu qeyd etdiyimiz hadisədir. Dünən baş  vermiş qəza ilə əlaqədar olaraq Brazilyada matəm elan olunub.

“Chapecoense” komandasının son fotoları brazil-football

15202672_1231454103614627_3931444396156318931_n