Əziz oxucularımız, dünyanın ən məşhur əsərləri ilə sizi tanış etməyi, maraq yaratmağı özümüzə borc bildik. Buna görə də bundan sonra mütəmadi olaraq çalışacağıq ki, həm sizin marağınıza səbəb olan, həm də sizin üçün yenilik təşkil edən əsərlərlə sizi tanış edək, qısa təsəvvür yaradaraq. Əgər, fikrinizdə hansısa kitabı nəzərdə tututub, lakin tərəddüdlər içində qalmısınızsa, bunu bizə xəbər edə bilərsiniz və biz sevə-sevə sizə kömək etməyə hazır olarıq. Əsərlərlə tanışlıq isə qısa və fərqli annotasiyalarda təqdim olacaq.

    İlk əsərimiz “Küləklə sovrulanlar” (1936 ), Marqaret Mitçel.

    “Küləklə sovrulanlar” (Gone With the wind) romanı amerikan yazıçı Marqaret Mitçellin yeganə əsəri olmaqla yanaşı, hə də ədəbiyyat dünyasının ən məşhur və təsirli incilərindən biridir.

    Kitabda sevgi ilə yanaşı, həm də dostluq və qısqanclıq, satqınlıq və sadiqlik, fədakarlıq nümayiş olunur.  Kitabda Amerikanın müharibə illəri və həmin dövrün insanları da təsvir olunub. O insanlar ki, hansı ki, onları taleyin küləyi, müharibənin küləyi sovurdu…

    Romantizmdən kənar hadisələrin mərkəzində Skarlet Ohara və Rett Batlerin sevgisi dayanır. Skarlet – həmin dövrün puritant baxışlarının təsirinə məruz qalmayan, qorxmaz, cəsur, dəliqanlı və məqsədyönlü qadınıdır. Skarlet sevirsə, sidq ürəkdən sevəcək. Skarlet nifrət edirsə, bütün ruhu ilə nifrət edəcək. Ən çıxılmaz vəziyyətlərdə isə o, bu haqda sabah düşünəcək , çünki “sabah” artıq yeni bir gündür.

    Rett isə dəcəl, özünə inamlı, zəngin və yaraşıqlıdır. Xasiyyət və təbiətinə görə Skarletin kişi cinsində əksidir. Onların görüşü ildırım çaxmasına bənzəyir və gələcəkdə də özü ilə bir çox gözlənilməz hadisələr gətirir. Onların münasibəti hisslərinin və davranışınn  qeyri-müəyyənliyidir, fırtınasıdır, hansı ki, bu fırtına qarşısına çıxan hər şeyi sovurur…