İzləyərkən yerinizdə dura bilməyəcəyiniz, möhtəşəm filmlər

 

  10. Milyonçu (The Milionarie) – Jamal səfil həyat tərzi keçirmiş bir yetimdir. Çox çətinliklə böyümüşdür. Bir gün qəbul olunduğu bilgi yarışmasından 20 milyon rupi əldə etməyi bacarır və bundan sonra bu qədər savadsız bir insanın necə bu yarışı qazandığı sualı ortaya çıxır. Soruşdurma nəticəsində aydın olur ki, o bu suallarln cavabını öz yaşadığı səfil həyatından öyrənmişdir.


    9. Ameli (Amelie) – Ameli gənc və saf qızdır. Anasının ani ölümündən sonra insanlardan daha da uzaqlaşır və öz dünyasında yaşamağa başlayır. Bir gün evində bir qutu və sonra isə onun sahibini kəşf edəcəkdir.


    8. Mən əfsanəyəm (I am legend) – Robert öz sahəsində çox məşhur bir alimdir. Dünyanı zəbt edən ölümcül virusdan sonra zombiyə çevrilmiş insanlar arasında normal qalan yeganə insandır. Üill Smitin baş rolda olduğu bu filmi dəfələrlə izləmək istəyəcəksiniz.


    7. Ağıl oyunları (A beautiful mind) – Riyaziyyat dünyasının dahisi olan Con bilikləri artdıqca dahilik və dəlilik arasında qalacaq və xəyallar görməyə başlayacaqdır.


    6. Rokki (Rocky) – Boksyor Rokkinin həyatının dönüş nöqtəsi olan döyüş qarşılaşmasından bəhs edən ən çox bəyənilən və bir neçə seriyalı film.


    5.  Sosial Şəbəkə (The Social network) – “Facebook”sosial şəbəkəsinin necə yaranmasından tutmuş, qurucusu Mark Zukerberqin hansı əziyyətlərlə bu saytı yaratması və necə dünyanın ən məşhur şəbəkəsi olduğundan bəhs edən bir müvəffəqiyyət filmi.


    4. Forrest Gamp (Forrest Gump) – Zəka səviyyəsi aşağı olan Forrest Gamp sıxıntılar çəkəcək və hətta bu onun təhsilində davam etməsinə belə mane olacaqdır amma zaman keçdikcə onun gücləri ortaya çıxacaq və o hamını təəccübləndirəcəkdir.


    3. Əsla pas demə (Never back down) – Cek dəvət olunduğu bir məclisdə təkbətək döyüşə daxil olur və bu döyüşdə məğlub olur. Daha sonra ən yaxın dostu ona bir döyüş növündən bəhs edir, Cek isə bu döyüş növü ilə daha yaxından maraqlanır və bu döyüş növünün bir sənət olduğunu kəşf edir.


    2. Xoşbəxtlik qovalaması – (The pursuit of happyness) Kris ailəsi və oğlu üçün əlindən gələn hər şeyi etməyə çalışan bir atadır. Ailəsinin çətin vəziyyətdə olduğu bir zamanda qadını onu və oğlunu tərk edib gedir. Artıq vəziyyət daha da çətinləşir və o pul qazanmaq üçün bütün əziyyətli yollara baş vurur.Məşhur bir şirkətdə stajer olaraq işə götürülür.Burada onun kimi işci olmaqçün çabalayan 10-larla stajer var və yalnız 1 nəfər işə götürüləcəkdir. O bu işi qazanmağa layiqdir.Daha sonra oğlu ilə birlikdə kirayə qaldığı evdən atılır. Bir müddət qaçqınlar evində, metroda yaşamağa məcbur olur.   Bu filmi mütləq izləyin


    1. Şauşankın bədəli (Shawshank redemption) – Həbsxanada olmanın necə olduğunu mükəmməlliklə izah edən və azadlıqla məhkumluq həyatının fərqlərini açıq-aşkar ortaya qoyan əfsanə bir film. 19 ildən sonra həbsxanadan necə qurtulmaq olar? Bunu mən deməyəcəm. İzləyin görün.