Ernest Heminqueyə məxsus həyatı əks etdirən aforizm vardır: “Yaşamaq ölümü gözləmək deməkdir”. Bütün canlıların ortaq sonu ölümdür, ancaq insanların özləri kimi, ölüm səbəbləri də müxtəlif olur. Sizə təqdim edəcəyimiz bu məqalədə qeyri-adi ölümlər siyahısını hazırladıq.

  • Avstriyada uzun saqqalı ilə seçilən Hans Ştayninqerin ölümü bu qəbildəndir. O, saqqalına dolaşdığı üçün ölüb.

  • Britaniyalı aktyor Qaret Cons səhnədə ürəyi tutub ölən personajı oynayırdı. Həmin səhnənin çəkilişi zamanı aktyorun doğrudan da ürəyi sıxılır və yerə yıxılır. Hər kəs aktyorun rola girərək yerə yıxıldığını zənn edirdi, halbuki, Qaretin ürəyi sancmış, aktyor dünyasını dəyişmişdi. O, rolda ikən vəfat etdi.

  • At yarışlarının iştirakçısı Frank Heys bu idman növündə dünyasını dəyişmiş ilk insan kimi tarixə düşüb. Finiş xəttinə çatar-çatmaz onun ürəyi dayanıb.

  • Buenos Airesdə arvadına əsəbiləşib onu öldürməyə qərar verən adam, otelin 23-cü mərtəbədəki otaqdan arvadını aşağıya atır. Qadın elektrik tellərinə ilişər. İşini ört-basdır etmək istəyən kişi arvadının arxasınca özünü də atır. Tellərə yapışa bilməyib, yerə çırpılır.

  • Elektrik dirəyinə söykənib ayaqqabısına düşən daşı çıxartmaq üçün ayağını silkələyən adam, o sırada yoldan keçməkdə olan köməksevər bir vətəndaşın tok vurduğunu sandığı üçün başına kürək, yaba və s. sərt cisimlərlə zәrbәlәr alaraq vəfat etmişdir.

  • Amerikalı vəkil Kliment Vallandiqhamın da ölümü qeyri-adi görüntülərlə yadda qalıb. Onun məhkəmə zalının ortasında əlindəki silahla insanların özlərinə qəsd etməsi səhnəsini ətrafdakılara nümayiş etdirmək istəyi həyatını itirməsi hesabına başa gəlib.

  • Astronavtika elmində cığır açan Danimarkalı elm adamı Tycho Brahe, vaxtında tualetə girə bilmədiyi üçün öldü. 16-cı əsrdə yemək bitmədən süfrədən qalxmaq təhqir sayılırdı. O, gecə mərasimə gəlmədən əvvəl tualetə girməyi unutmuşdu. Yeməkdə içkini çox içən Brahe, icazə istəyə bilməyəcək qədər nəzakətli idi. Sidik kisəsi partlayan elm adamı, 11 gün acı çəkdikdən sonra ölmüşdür.

  • İşveç kimyaçısı Şeele ixtira etdiyi kimyəvi məhlulların dadına baxmaq vərdişi ilə məşhur idi. Onun ölümünə də bu vərdişi səbəb oldu. Alim zəhərin belə dadına baxmışdı.

  • Kraliça Sunanda Kumariratana Siama onu əhatə edən əyanlarının, qulluqçuların yanındaca dənizdə boğulub. Hökmdarın qulluqçuları ona kömək edə bilməyiblər, çünki onların heç birinin kraliçaya toxunmaq hüquqları yox idi.

  • 1975-ci ildə ingilis bir cütlük televiziyada ən sevdikləri verilişi izləyərkən kişi yarım saat güldükdən sonra infarkt keçirərək ölüb.

Özünüzü hər cür ölümdən qoruyun. 🙂