Bəzi filmlər vardır, mövzusu sıravi gəlsə də, görüntülərinə qapılırıq. Səyahət etmək hissi oyandıran səfərlər, ekrandan içəri dalmaq istəməyinizə səbəb olan dəniz və qumlu səhnələr, günəşin bronzlaşdırdığı qəhrəmanlar bizi tətil üçün həvəsləndirir.. Bu il də olmadı, amma gələn il mütləq belə bir tətil edəcəyik. (Edə bilmədilər)



1. Under the Tuscan Sun

Bir turist olaraq gəldiyi İtalyanın Toskana bölgəsində gəzərkən, gördüyü sınıq-sökük, köhnə bir daş evə heyran olan Frances, bu evi satın alıb, özünə yeni bir həyat qurmağa qərar verir. Köhnəyə dair hər şeyi geridə buraxan Francesin artıq yeni dostları hər gün evinin qarşısından keçən qonşuları, evin bitmək bilməyən təmiri ilə məşğul olan ustaları və Katherine’dir. Bu filmi izlədikdən sonra özünüzü internetdə Toskano’nun daş evlərini araşdırarkən tapacağınıza zəmanət veririk. (İndidən söyləyək, çox bahalıdır.)


2. Blended

İki uşaqlı subay olan Jim və Lauren, bir dostları vasitəsiylə tanış olurlar. Yeməyə çıxan cütlük, son dərəcə darıxdırıcı bir gecə keçirir və təkrar qarşılaşmamaq üzrə ayrılırlar. Ancaq tale öz sözünü deyəcək və uşaqlarını da götürərək ailəvi Cənubi Afrika’ya tətilə getmək məcburiyyətində qalacaqlar.


3. Mamma Mia

Bu filmi izləyərkən onun içində yaşamaq istəyəcəksiniz. Baş rollarında Meryl Streep, Colin Firth, Pierce Brosnan, Amanda Seyfried kimi aktyorların iştirak etdiyi film, Broadway versiyasında da olduğu kimi başdan sona Abba mahnılarıyla doludur. Filmi izlədikdən sonra dənizindən, damlarından, pəncərələrindən, mavisindən, günəşin istiliyindən təsirlənib Yunan Adalarında yerləşmək üçün can atacaqsınız.


4. Y Tu Mama También

2001 istehsalı və rejissorluğunu Alfonso Cuaron etdiyi filmin baş rollarını Diego Luna və Gael García Bernal paylaşır. 17 yaşlarındakı iki dost Julio və Tenoch, yay tətili üçün xaricə gedən qız dostlarının ardından uzun zamandır maraqlandıqları xəyali qumsalı axtarıb tapmaq üçün yola çıxırlar. Onlara daha sonra özlərindən yaşca böyük yeni dostları Luisa da yoldaşlıq edəcəkdir. Qrupun bu uzun səfər əsnasında kəşf edəcəkləri çox şey olur. Mövzusunun olduqca maraqlı və əyləncəli olduğu bu filmi izləməyinizi şiddətlə tövsiyə edirik.


5. Vicky Cristina Barcelona

Böyük bir hissəmizin bu filmi izlədiyindən əminik. Ancaq aramızda hələ də izləməmiş olanların olduğunu düşünərək, siyahımıza bu filmi də əlavə etmək istədik. Məqsədimiz, filmi izləmiş olanlara yenidən xatırlatmaq, izləməmiş olanlara isə bir yaxşılıq etməkdir. Woody Allenin ən yaxşı filmləri siyahısında rahatlıqla ilk beşə qoya biləcəyimiz Vicky Cristina Barcelonadan daha günəşli bir film düşünə bilmirik.


6. Jaws

Siyahımızda niyə də qorxulu film olmasın? Günəş desəniz günəş! Yay desəniz yay! Çimərlik, qum, dəniz desəniz; hamısı var! Tətilə getmə istəyi oyandırırmı? Xeyr! Amma tətilə gedən insanları canlandırırmı? Bəli… O zaman sizə xoş seyrlər diləyirik.. 🙂