Xal insanların dərisində olan ləkədir. Xal rəngi adətən qəhvəyi olur, lakin bəzən qara, tünd göy rəngli xallara da təsadüf edilir. Açıq-çəhrayı dəri rəngi olan insanların çox zaman dərisində sarı xallar olur.

    Bədəndə xalların olması tamamilə normaldır və əksər insanların ən azı bir neçə xalı vardır. Üzdə xalın olması insanı daha cazibədar olmasına yardımçı olduğu hesab edilir. Üzdə xalın olması Enriki İqlesias, Madonna və super model Sindi Krofordda (onların hamısının üzlərində xallar vardır ) olduğu kimi simanı çox gözəl görsənməsinə xidmət edə bilər.

    Psixoloqlar hesab edirlər ki, üzdəki xallar və onların üzdəki yerləşmə mövqeləri mənaya malikdir. Onlar inanırlar ki, üzdəki xallar, onların yerləşdiyi mövqe insanların xarakteri və ya gələcəyini öyrənməyə imkan verir. Çənəsində xalı olan insanlar çox fəal şəxslərdir. Onlar hansısa bir yerdə uzun müddət qala bilmilər, yeni məkanlara səyahət etməyi, yeni ərazilər görməyi sevirlər. Onlar çox diqqətlidirlər və məcaraları sevirlər. Qulaqlarında xalları olan insanların İQ səviyyəsi olduqca yüksəkdir.

    Onların yüksək intelektual səviyyələrinin olmaları özünü həm təhsil, həm də qeyri-təhsil sahəsində göstərir. Onlar hətta ahıl yaşlarında da güclü və bacarıqlı olacaqlar və ömürlərinin sonuna kimi onlar dostlarının, ailələrinin və sevdiyi insanların əhatəsində olacaqlar. Xalın gözün altında yerləşməsi xoşagəlməz hadisələrdən xəbər verir. Bu o demekdir ki, onların uşaqlarla bağlı çətinlikləri olacaqdır.

    Uşaqlarının həyat tərzi və davranışını idarə etmək onlar üçün çətin olacaq və onlar uşaqlarını həmişə məzəmmət edən bir insan kimi tanınacaqlar. Ağızlarının altında xalı olanların allergiya ilə bağlı çoxlu problemləri olacaqdır.

    Dodaqlarının üstündə xal olan insanlar yemək yeməyi həddindən artıq çox sevirlər. Onların yemək yeməyə çox meyilli olması onların çəki almasına səbəb olacaq və bu da onların depresiya yaşaması ilə nəticələnəcəkdir.

    Qaşlarının üstündə xalları olan insanlar uğurlu insanlardır. Onlar xoşbəxt, rahat həyat yaşayırlar. İdmanı sevirlərsə, idman sahəsində parlaq simaya çevrilə bilərlər. Gözlərinin üstündə xalları olan şəxslərin bəxti həmişə dostluq və pul barəsində gətirəcəkdir, lakin onlar əks cinsin cazibəsi qarşısında acizdirlər. Üzün digər hissələrində də xallar yerləşir və onların yerləşmə mövqelərinin hər birinin öz mənaları vardır. Nəzərə alın ki, bu nəzəri fikirlər fakt deyil, fərziyyələrdir.