Yolunda gedən münasibətinizi etdiyiniz hər hansı axmaq bir səhv səbəbiylə məhv etmisinizmi? Əgər cavabınız “bəli”dirsə, kədərlənməyin çünki siz tək deyilsiniz. İstər uzun müddətdir birlikdə olun, istərsə də yeni bir münasibətə başlamış olun, insan bəzən istəmədən də olsa axmaq bir səhv edə bilir.

Bu vəziyyət ailə və dostluq əlaqələrində də reallaşa bilər. Bu vəziyyətdən ilhamlanaraq Bildirchin.az olaraq, elmi araşdırmalarla münasibətlərinizə təsir edən səhvləri analiz edib əlaqənizi gözəlləşdirəcək təklifləri sizlər üçün araşdırdıq:


1. Gerçəklərlə üzləşin.
Gerçəklərlə üzləşin və münasibətinizdəki doğruları düşünün. Münasibətinizi hər istiqamətiylə dəyərləndirin. Duyğularınızı, düşüncələrinizi, qarşınızdakı insanın düşüncələrini, duyğularını düşünün. Əgər bunları düşünərkən qorxur və ya çəkinirsinizsə, daha çox diqqət etməyə çalışın.

Qorxduğunuz duyğu və düşüncələr, özünüzlə bağlı qəbul etməkdə çətinlik çəkdiyiniz gerçəklər, əlaqənizi gələcəkdə ən çox zədələyəcək olanlardır.

Bu səbəbdən gerçəklərlə birbaşa üzləşmək həm özünüz, həm də münasibətiniz üçün olduqca əhəmiyyətlidir.


2. Qarşınızdakını özünüz kimi görməyin.
Münasibətlərdəki ən böyük təhlükələrdən biri qarşınızdakı insanın da sizin kimi hiss etdiyini və düşündüyünü sanmaqdır. İnsanlar tez-tez çox yaxın olduğu insanları özləri kimi gördüklərindən fərqli düşünə biləcəklərini qəbul etmək istəmirlər. Bu bizi yanılmaya salaraq münasibətlərmizdə problem yarada bilər.


3. “İzah etmə” mədəniyyətinə sahib olun.
Qarşılıqlı izah etmə mədəniyyəti əldə etməlisiniz. İzah etmə mədəniyyəti;

bir ünsiyyət strategiyası olub, qarşımızdakı insana qarşı duyğularımız, düşüncələrimiz, problemlərimiz mövzusunda açıq və dürüst olub, sərhədləri ortadan qaldıraraq sevdiyimiz adamla bir bütün olmaqdır.

Bilməsini istəyəcəyi məlumatları qarşınızdakı insana açıq-aydın deyin.

Məsələn; sevgilinizin sizi qucaqlamasını istəyirsinizsə, bunu xoşladığınızı dilə gətirin. İzah etmə mədəniyyətində əhəmiyyətli olan qarşı tərəfdən həmin an bir şeylər gözləməməkdir. Siz qarşı tərəfə qucaqlaması lazım olduğunu söyləyin və buraxın o istədiyi zaman sizə sarılsın. Siz duyğu və düşüncələrinizi, xəyallarınızı dilə gətirin. Sonrasında qarşı tərəf öz duyğu və düşüncələrinə, istəklərinə görə sizə azadca reaksiya göstərəcəkdir.


4. Ünsiyyət sərhədlərini aradan qaldırın.
Açıq və dürüst bir ünsiyyət təmin etmək üçün, ünsiyyət sərhədləri qaldırılmalıdır. Danışmaqdan zövq aldığınız mövzuları düşünün və daha çox bu mövzular haqqında danışın.


5. Bir-birinizin duyğularını dinləyin.
Bir-birinizlə söhbət edərkən yalnız qarşı tərəfin dediklərinə deyil, o sözlərin altında yatan duyğulara da diqqət edin. Qarşınızdakı insanın stressli, kədərli, xoşbəxt, şən olub olmadığını müəyyən bir şəkildə anlaya bilərsiniz.

Qarşınızdakı insanın səs tonuna, bədən dilinə və istifadə etdiyi sözlərin söylənilməyən mənalarına diqqət edin. Bu təklifləri təqib etdikcə qarşınızdakı insanı romantik olaraq anlama səviyyəniz artacaq və verəcəyiniz reaksiyalarla sağlam və xoşbəxt münasibətin qapılarını aça biləcəksiniz.


6. Münasibətiniz haqqında müzakirələr aparın.
Bu maddə həqiqətən də münasibətlərdəki problemlərin həllində istifadə olunan əsas strategiyadır.

Qarşınızdakı insanla nizamlı olaraq əlaqənizi müzakirə edin və necə daha yaxşı hala gətirə biləcəyiniz haqqında düşünün.

Münasibətinizi inkişaf etdirmək adına bir-birinizə qoyduğunuz məqsədlərə çatdıqca özünüzü mükafatlandıra bilərsiniz.


7. Qarşı tərəfə güvənin.
Araşdırmalar nəticəsində sıraladığımız bu strategiyalar sizə xoşbəxt və uzun bir münasibət üçün lazımlı güvən mühitini təmin edəcəkdir. Hər zaman ağılınızın bir küncündə münasibətinizdəki güvən səviyyəsini qiymətləndirin. Qarşınızdakı insana nə qədər güvənirsiniz? Xəyalınızdakı idealizə etdiyiniz etibarlı insan modeliylə, qarşınızdakı insan nə qədər üst-üstə düşür?

Əgər arzuladığınız kimi bir münasibət istəyirsinizsə, qarşınızdakı insana qarşı açıq olmalısınız.

Sirlərinizi, zəifliklərinizi cəsurca dilə gətirməlisiniz. Əgər qarşınızdakı insan da eyni şəkildə davranırsa münasibətiniz uğurlu olacaqdır. Əgər eyni şəkildə davranmırsa, münasibətinizə olan bağlılığınızı yenidən nəzərdən keçirməyiniz lazımdır.


8. Bir-birinizin sərhədlərinə və şəxsi həyatına hörmət göstərin.
Xoşbəxt münasibət üçün hər birinizin şəxsi həyatı olduğunu bilərək hörmət göstərməlisiniz. Güvən mühitinin bir başqa əhəmiyyətli vəziyyəti də qarşınızdakı insanın sərhədlərinə və öz şəxsi həyatı olmasına hörmət göstərməkdir.

Texnoloji inkişaflar insanların bir-birlərini təqib etməsini, davamlı olaraq əlaqə qurmasını olduqca asanlaşdırmışdır. Yenə də, bir-birinizə hörmət göstərərək, qarşınızdakı insanın istəmədiyi mühitlərə daxil olmayaraq münasibətinizi xoşbəxt bir şəkildə davam etdirə bilərsiniz.


9. Sağlam mübahisələr aparın.
Əgər bir münasibətdə heç mübahisə etməməyi ümid edirsinizsə, mükəmməl bir münasibətinizi itirə bilərsiniz, çünki yəgin ki, ilk mübahisəniz son mübahisə olacaqdır. Onun yerinə, mübahisələrin sağlam bir şəkildə həll strategiyalarını öyrənin.

Mübahisəyə başlayarkən qarşı tərəfin və münasibətinizin sizin üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edin.

Gerçəklərdən və mübahisə etdiyiniz mövzu haqqındakı duyğularınızdan bəhs edin. Bir-birinizi günahlandırmaq yerinə qarşınızdakı insanın hərəkətlərini şərh etməyə çalışın. Səhv etdikdə səmimiliklə üzr istəməkdən çəkinməyin və bu mövzuda rahat olun. Әn əsası isə mübahisələrinizdən sonra keçmişə bağlı qalmayın.


10. Öz məqsədlərinizi müəyyən edin.
Başqaları üçün deyil, öz istəyinizə görə bir münasibət içərisində olduğunuzu unutmayın. Ona görə münasibətdə ilk olaraq öz məqsədlərinizi təyin edin. Özünüzə qarşı dürüst olun və ürəyinizlə və məntiqinizlə düşünərək bir münasibətdən, nə istədiyinizi qiymətləndirin.

Qarşınızdakı insanın ehtiyaclarının və istəklərinin sizinkilərdən üstün olmasına icazə verməyin.

“İzah etmə” mədəniyyəti əsnasında münasibətinizdəki ehtiyacları və istəkləri paylaşıb, qarşınızdakı insanı da sizə qarşı açıq və dürüst olmaq mövzusunda cəsarətləndirə bilərsiniz. Əks halda, bu vəziyyət xoşbəxt münasibətinizin alt-üst olmasına səbəb ola bilər.


11. Uzlaşın.
Bir-birinizin ehtiyaclarını tarazlayın. Anlaşılmazlıq vəziyyətlərində də ortaq məxrəcə gəlməyə çalışın. Razılaşmaq qabiliyyəti xoşbəxtliyin və uzun münasibətlərin açarıdır.

Bu günün cəmiyyətində fərdilik ön plana çıxmaqdadır; ancaq bir münasibətin irəliləməsi üçün fərdilikdən çıxıb qarşımızdakı insanın perspektivini, düşüncələrini və duyğularını da anlamalısınız.

Bu vəziyyət hər ikinizin uzlaşmağını asanlaşdıracaqdır.