Kanadalı heykəltəraş Camille Allenin qeyri-adi bir hobbisi və çox fərqli qabiliyyəti var. Yeni doğulmuş körpələrin miniatür heykəllərini hazırlayır. Bu kiçik körpələr barmaqlarınızın arasındakı boşluğa sığacaq qədər kiçikdirlər.

Bu qabiliyyət, 35 yaşındakı sənətçinin nənəsindən öyrəndiyi bir qabiliyyətmiş. Camille heykəl hazırlamağa ilk başladığı zamanlarda kifayət qədər gili yox imiş. O da miniatür körpələr etmək məcburiyyətində qalmışdı. “Balaca körpəni əlimdə ilk dəfə tutan zaman ona aşiq oldum. O gündən bəri yeni doğulmuş miniatür körpələr hazırlayıram. Daha əvvəl edilməmiş bir şey yaratmağı sevirəm. Ən sevdiyim hissə isə kiçik gil topundan o sevimli üzlərini formalaşdırmaqdır.” deyir.