Türkiyəli mütəxəssis doktor Yılmaz sağlam həyat üçün yeməkləri zeytun yağında hazırlamağın faydalı olduğu deyib. Zeytun yağını yeməklərdən və süfrədən əsirgəməyin. Çünki zeytun yağından çox istifadə edən adamlar gec-gec xəstələnir və daha uzun ömürlü olur. Zeytun yağı sadəcə ağacının meyvələrindən əldə edilən və heç bir kimyəvi reaksiya görmədən istehsal edilən tək yağdır.

Yağlar qidalanmada bünövrədir. Zeytun yağı, yeməklərə xüsusi dad verən qidadır. Həzmi rahatlaşdırması ilə yanaşı, xəstəliklərin riskini azaldır, prostat xərçənginə qarşı qoruyucu təsirə malikdir. Dərinin cavan qalmasında da əhəmiyyətli qidadır.

Zeytun yağı yeniyetmə yaşlarından istifadə edilməyə başlasa və əvəzolunmaz qidaya çevrilsə, daha az xəstəliyə tutular və uzun ömürlü olar. Zeytun yağından çox istifadə edən insanlar sağlam olur və ömrü təxminən 70-80 yaş arası olur.

Quru, haçalanan saçlar üçün: Həftə ərzində hər gün zeytun yağını saçların dibinə çəkin, 2-3 dəqiqə başın tüklü hissəsini massaj edin.

Dırnaqlar sındıqda: Hər gecə dırnaqları zeytun yağı ilə limon şirəsinin qarışığı ilə silin.
Zeytun yağının möcüzəvi təsirini insanlar hələ qədim dövrdə aşkar ediblər. O dövrün bütün xanımlarının krem və maskalarında bu yağ istifadə edilirdi.

İndiki zamanda zeytun yağını təbii halda tapmaq çətindir, lakin buna baxmayaraq yağın istifadəçiləri azalmır. Bir çox qadın bahalı kremlərin yerinə zeytun yağından istifadə edir. Bu yağın istifadəçiləri arasında məşhurlar da var. Misal üçün, Sofi Marso hər səhər üzünün dərisini zeytun yağı ilə təmizləyib.

Üz gözəlliyini gözətrafı qırışlar azaltmağa qadirdir.
Zeytun yağını göz qapaqlarına kompress kimi çəkirlər, bu yağ ilə göz qapaqlarının masajı gərginliyi aradan qaldırır və kiçik qırışları açır.

Dərinin cavanlığı və sağlamlığını əldə etmək üçün sizə xalq üsulu kömək edəcək. O, vaxtınızı çox az alacaq və ən pis dərini belə yaxşılaşdıracaq. Möcüzəvi vasitənin hazırlanması üçün bizə lazım olan şeylər – 50ml yağ və 10 ml E vitamininin yağ qatışığı. Maska dəriyə axşam 5 dəqiqəlik çəkilir, artıqları kağız salfet ilə götürülür.

Vaxtsız qırışlardan zeytun yağı kompressi və göz qapaqlarının masajı xilas edər. Yağ kompressindən sonra göz qapaqlarınızı cəfəri həlimindən hazırlaya biləcəyiniz buz kərpici ilə masaj edin. Ehtiyyatlı olun: gözətrafı cild çox həssasdır və ehmallı qulluq tələb edir!

Qırışların qarşısını almaq üçün sizə zeytun yağı və bir neçə damcı limon suyundan hazırlanmış maska kömək edəcək. Vasitə göz ətrafına 5-10 dəqiqəlik çəkilir. Yağın artıqları salfet ilə silinir.

Təbiətin nemətlərindən istifadə edin və daha gözəl olun…