Elə ətirlər var ki, qoxusu ilə sizi və ətrafınızdakıları ovsunlayır. Qadınlar tərəfindən ən çox üstünlük verilən ətir siyahısında sizin ovsunlayıcı ətriniz varmı?


1. Chanel No 5 – Bütün zamanların müzakirəsiz ən yaxşı qadın ətiri olaraq tanınan Chanel No 5, ilk dəfə 1921-ci ildə Coco Chanel tərəfindən vanil, gül və jasmin qarışıqlarından ortaya çıxmış və ən çox üstünlük verilən qadın ətirlərindən ilkidir.



2. Giorgio Armani Si – Ovsunlayıcı, cazibədar, sərt və eyni zamanda yumşaq ətri olan Giorgio Armani Si, qadın bədəni ilə möhtəşəm bir uyğunlaşma təmin edərək bütün duyğuları hərəkətə keçirən üç qoxunu (SIPRI, qarağat, müşk) öz tərkibində birləşdirən bir ətirdir.



3. Calvin Klein Eternity – Romantik, zərif və seçmə tərkibi olan Calvin Klein Eternity qadınların ən çox seçdiyi ətirlərdən biridir.



4. Cacharel Noa – Təmizlik və saflığı ən yaxşı əks etdirən, yüngül amma qalıcı bir ətir olan Cacharel Noa, tər çiçəklərin və yaşıllıqların birləşməsindən meydana gəlib, gənc və dinamik qadınlara xitab edir. Noa, çiçək kimi və yüngül ədviyyatlı məzmunu, qəhvə və müşk qarışığı ilə qadınlar tərəfindən ən çox bəyənilən və seçilən ətirlərdən biridir.



5. Yves Saint Laurent Black Opium – BLACK Opium, yasəmənin dişiliyi, qəhvənin asılılıq yaradan qoxusunun birləşdiyi möhtəşəm bir ətirdir.



6. Miss Dior Cherie – Təcrübəli, meyvəli, çiçəkli bir ətir olan Miss Dior Chérie Parisli qadının cazibədarlıq və cəsarətlə birləşmiş zərafətini təmsil edir.



7. Giorgio Armani Code – Müasir qadınlar üçün başdan çıxardıcı, fərah və cazibədar bir ətir olan Armani Code, portağal çiçəyi, shiklamen, jasmin və vadi zanbağının qarışığından ibarət bənzərsiz qoxudur.



8. Christian Dior Hypnotic Poison – Hipnoz edici, sehrli, başdan çıxarıcı qoxusu olan Christian Dior Hypnotic Poison, enerjili və sərt bir ətirdir. Mükəmməl şüşə dizaynına sahib olan ətir, ovsunlayıcı qadınların unudulmaz ətridir.



9. Chanel Coco Mademoiselle – Tərkibində gül və jasmin qoxusu olan Chanel Coco Mademoiselle cazibədar bir qoxuya sahibdir və olduqca qalıcıdır.



10. Shiseido Zen – Çiçəkli və təravətli bir məzmuna sahib olan Shiseido Zen, parlaq, təravətli, təmiz və son dərəcə feminen ətirdir. Eyni zamanda, lüks və həssaslıq aurası yaradan zərif və incə bu qoxular bir araya gəldiyi zaman gözlənilməz bir şəkildə enerji verərək, qadını bütünlüklə əks etdirir.



11. Thierry Mugler Alein – Sirli, təcrübəli, cazibədar, canlı, dinamik qadınlara xas bir qoxu olan Alien ən çox seçilən ətirlərdən biri olaraq siyahımızda yerini alır.



12. Dolce & Gabbana Light Blue – Dolce Gabbana Light Blue fresh, fərah və enerjili, işıltılı meyvəli qoxuları ilə yaz ətirli, dəli-dolu və cazibədar qadınların seçimidir. Tərkibindəki Siciliya limonunun canlılığı, yaşıl almanın xoşbəxtliyi, Sünbül səmimiliyi ətirə çox fərqli ruh qatır.



13. Chanel Chance – Vanil, ağ müşk, jasmin, sidr, amber patchuli və gülün incə birləşməsindən ibarət Chanel Chance coşğulu, optimist, romantik, həyata aşiqi qadınlar tərəfindən üstünlük verilən bir ətirdir.



14. Calvin Klein Euphoria – Cazibədarlıq simvolu hesab olunan Calvin Klein Euphoria ən çox seçilən, asılılıq yaradan ətirlərdən biridir.



15. Issey Miyake L’eau D’Issey – Fresh, sərinləşdirici, su bitkilərin xoş ətirlərindən ibarət olan L’eau D’Issey pour Femme ətei narın, həssas, təsirli və təcrübəli qadınların ətridir.



16. Elie Saab Le Parfum – Elie Saab, tərkibindəki portağal çiçəyi, jasmin, paçuli, sidr ağacı, bal gülü (bal və gülün birləşməsindən hazırlanmış bir qoxu) qoxuları ilə xanımları bir şahzadə kimi hiss etdirir.



17. Tom Ford Black Orchid – Tom Ford Black Orchid zəngin ədviyyatlı qoxusuyla həm qadınların, həm də kişilərin diqqətini çəkən bir ətirdir. Black Orchid yalnız Tom Ford üçün yetişdirilən qara orxideyadan hazırlanır. Tom Ford, xəyal etdiyi qoxunu tapa bilmədiyi üçün, özü üçün xüsusi bir çiçək yetişdirilməsini istəmiş və beləcə dünyanın ən nadir və tək qara orxideyası yaradılaraq, TOM FORD BLACK ORCHID adlandırılmışdır.



18. Calvin Klein One – CK One hər kəsə yaraşan, universal və gündəlik bir ətirdir.



19. Dior J’adore – Meyvəli və çiçək kimi qoxuların bir araya gəldiyi Dior J’adore, ekzotik qoxuları sevən qadınlar üçün ən yaxşı və ən keyfiyyətli ətirlərdən biridir.



20. Carolina Herrera 212 Sexy – 212 Sexy cazibədar, sirrli qadınların imzası halına gəlmiş bir ətirdir. Tərkibindəki qırmızı bibər, qardeniya, vanil kimi zidd qoxular ilə sirrli bir şəkildə cazibədarlığı və məsumiyyəti birlikdə təqdim edir.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry