Ən yaxşı dostlarımızın Xərçəng Bürcü olmasının 12 duyğusal səbəbi

23364

   Bu günə qədər ətrafınızda olan ən yaxın dostlarınızın bir ya da bir neçəsinin mütləq xərçəng bürcü olduğuna əminik. Yox əgər hələ də bir xərçəng bürcü dostunuz yoxdursa, həyatda fərqində olmadığınız böyük bir boşluğunuz var deməkdir. Ən yaxın zamanda birinə sahib olmalısınız, çünki bu bürcə mənsub insanlar, gözünüzü bağlayıb kürəyinizi yaslaya biləcəyiniz ən etibarlı və mükəmməl insanlardır. Təbii ki, insandan insana bəzi dəyişikliklər ola bilər. 🙂

Xərçəng bürcü insanlarının doğum günləri də yaxınlaşarkən, bu postumuz onlara erkən doğum günü sürprizi olsun, çünki onlar buna layiqdirlər. 🙂



1. Dünyanın o bir ucunda olsalar belə, köməyə ehtiyacınız olduğu zaman qaçaraq gəlirlər.
Köməyəmi ehtiyacınız var?, Sevgilinizdənmi ayrılmısınız?, Borc pulmu lazımdır? Xərçəng bürcü dostunuz hər zaman sizin yanınızda olmağa hazırdır.


2. Ən incə zarafatlarınızı, çox vaxt bir tək onlar anlayır.
Bu dostların zarafat anlayışı çox inkişaf etmişdir. Bunun səbəbi də hesab edirik ki, “romantiklik/romantik zəka” ilə əlaqədar ola bilər. Ümumiyyətlə heç kimin anlamadığı, yalnız sizin aranızda anlaşılan zarafatların da qaynağı budur.


3. İllərlə görüşməsəniz belə görüşdüyünüz gün münasibətinizə eyni səmimiyyətlə davam edərsiniz.
Xərçəngin səmimiyyəti çox az bürcün insanlarında görülür.


4. Ən vəfalı insanlar bu bürcün insanlarından çıxar.
Sizin nə qədər vəfasız olduğunuzun bir əhəmiyyəti yoxdur burda. Xərçənglər sizi axtarıb soruşmağı heç vaxt unutmayacaqlar. Bu qədər çox dostlarının olmasının başlıca səbəbi də budur.


5. Ən romantik anlarınızda axtaracağınız ilk insanlar təbii ki xərçənglərdir. Sizinlə birlikdə sevə sevə ağlaya, hətta sizdən daha çox ağlaya bilərlər.
Pis günlərinizdə yanınızda həmişə o vardır. Onlar eyni zamanda həm yaxşı gün, həm də pis gün dostudur.


6. Xərçəng bürcü dostunuz sizi ən yaxşı tanıyır. İnsan sərrafı olma xüsusiyyətlərindən dolayı, sizə ən uyğun hədiyyəni həmişə onlar seçir.
Sizə ən gözəl hədiyyələri alan onlardır. Çünki insanları tanımaq və onları xoşbəxt etmək xərçənglərin başlıca maraq sahəsidir.


7. Xüsusi günlərdə sizə ən yaxşı təşkilatı edən də onlardır!
Bu romantik bürclü insanlar, dostlarının doğum günlərinə 3 ay əvvəldən hazırlanmağa başlayırlar.


8. Sevgilərinə olduqları kimi dostlarına da sadiqdirlər. Sizi əsla yarı yolda buraxmazlar.
Onun dostluğunun əbədi olduğunu bilirsiniz. Sizi hövsələdən də çıxarsa, romantik kaprizləriylə zaman-zaman canınızı da sıxsa, bilirik ki ikiniz də həmişə birlikdə olacaqsınız.


9. Siz mövzuya girmədən, o baxışlarınızdan bir şeylər olduğunu dərhal anlayır.
Doğulduqlarından bəri həddindən artıq hissiyatlıdır bu insanlar.. Sevdiklərinə bir şey olduğu zaman onların gözündən əsla qaçmaz. Canınızı sıxan bir vəziyyət olduğu zamanda, “nə olub, danış?” cümləsini ilk onlardan eşidərsiniz.


10. Fil yaddaşına sahib olmaları sayəsində həyatınızda təqvim vəzifəsi görərlər.
Öz həyatınıza dair sizin belə xatırlamadığınız hadisələri, onlar əsla unutmazlar.


11. Adətən ailə üzvlərinizin də ən çox sevdiyi dost olma xüsusiyyətinə sahibdirlər.
Həm də ailəcanlı olmaları səbəbiylə özlərini ana atalara ən çox sevdirən bürclər də onlardır.


12. Xərçənglər ən sadə şeylərlə belə əylənməyi bacardığınız dostlarınızdır.
Xərçəng dostunuzla bərabərkən əylənmək üçün fərqli şeylərə ehtiyac duymazsınız. Çünki dünyanın ən əyləncəli və maraqlı söhbətlərinə sahib insanları bu bürcdəndir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: