Walt Disney Studios 1992-ci ildə hazırlanmış multfilmin remeyki olan «Ələddin»in ilk tizer-treylerini təqdim etdi. Filmin rejissoru Guy Ritchiedir.

Film Ələddin, şahzadə Jasmin və sehirli çırağın içində yaşayan Cinin hekayəsi haqqında bəhz edəcək. Rejissor klassik hekayənin ssenarinisini dəyişdiyini desə də, dəyişikliklərin tam olaraq nədən ibarət olduğunu gizli saxladı.

Bundan əlavə filmin ilk posteri də işıq üzü gördü:

Ələddin və Jasmin rollarında Mena Massoud və Naomi Scott, xarizmatik Cin rolunda isə Will Smithi görəcəksiniz. Film 2019-cu ilin bahar fəslinin sonlarında ekranlara çıxacaq.

Kimlər gözləyir? 🙂